Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / MTN polkovnikinin intiharı ilə bağlı araşdırma aparılır

MTN polkovnikinin intiharı ilə bağlı araşdırma aparılır

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyevin təcridxanada intihar etməsi ilə bağlı başlanılan cinayət işi üzrə araşdırmalar davam etdirilir.
APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, cinayət işi üzrə aparılan araşdırmalar zamanı onun intihar etdiyi sübuta yetirilib. İ. Əliyevin meyitinə ailə üzvlərinin iştirakı ilə keçirilən baxış zamanı üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.
Qeyd edək ki, MTN-in Energetika və Nəqliyyat Sahələrinə Nəzarət İdarəsinin hazırda həbsdə olan rəisi Akif Çovdarovun vəkili Kamandar Nəsibov bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında bildirib ki, A. Çovdarov İ. Əliyevin döyülərək öldürüldüyünü iddia edir.
Onu da qeyd edək ki, İ. Əliyev MTN ətrafında baş verən hadisələrlə əlaqədar həbs olunub. O, ötən il dekabrın 20-də saxlanıldığı Bakı İstintaq təcridxanasında özünü asaraq intihar edib.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın