Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Gündəm / MTN-nin “kadr”ı Vüqar Səfərovun cinayəti niyə ört-basdır edildi?

MTN-nin “kadr”ı Vüqar Səfərovun cinayəti niyə ört-basdır edildi?

Zaman-zaman məmur övladlarının harınlıqları, ataları tərəfindən onlara yaradılan imkanlar sayəsində başqalarına zərər vurma halları ilə üzləşirik Bu halların hər dəfəsində də Ölkə prezidenti İlham Əliyevin məsələyə müdaxiləsini, məmur övladlarının özbaşınalıqlarına qarşı barışmaz mövqeyinin şahidi oluruq. Bu dəfə daha bir məmur övladının cinayət hərəkəti barədə informasiya verilib. Məlumata görə, Yevlax rayonunda böyük biznes şəbəkəsi qurmuş, əhaliyə qarşı böyük problemlər yaşatmasıyla tanınan, çalışdığı müəssisədə ciddi maliyyə fırıldaqları ilə böyük məbləğdə kapital qurmuş İlyas Səfərovun oğlu da yuxarıda qeyd etdiyimiz harınlıqlarla məşğuldur. Melorasiya və Su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin rəisi İlyas Səfərovun oğlu Vüqar Səfərov bir neçə ay öncə qəbul etdiyi spirtli içkilərin təsiri nəticəsində idarə etdiyi, atası tərəfindən xüsusi olaraq baha qiymətə xarici ölkədən gətirilmiş qara rəngli CİP-lə idarəetməni itirərək, əvvəl VAZ 2107 markalı avtomobilə dəyməklə həmin maşını yararsız hala salıb, bu azmış kimi yol kənarında balıq satan gənc bir oğlanı da vurub. Yevlax rayon Aran qəsəbə sakini Ləzgiyev Ceyhun Novruz oğlu elə hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı cinayət işi açılsa da, məmur atasının işə müdaxiləsi nəticəsində Vüqar Səfərov cinayət məsuliyyətindən və azadlıqdan məhrumetmə cəzasından kənarda qala bilib. Hadisə Bakı-Qaxaz magistral yolunda baş verdiyi üçün cinayət hadisəsini Baş Dövlət Yol Polisi İdarəsinin təhqiqat idarəsi araşdırsa da heç bir hüquqi nəticə olmayıb. Görünür, atasının maddi imkanları Vüqar Səfərovu məsuliyyətdən azad edib.

Bir məqamı nəzərinizə çatdıraq ki, İlyas Səfərov hazırda “vurulmuş” olan MTN əməkdaşları ilə də sıx əlaqələri olub. O, oğlunu o qurumda işləməsi üçün nazirliyin tabeçiliyindəki hərbi hissədə həqiqi hərbi xidmət keçməsinə “çekist” dostlarının köməkliyi ilə nail olub. Vüqar Səfərov MTN-də xidmət edib qurtardıqdan sonra isə elə həmin şəxslərin vasitəsilə İlyas Səfərov oğlunu FHN-nin Aran Regional İdarəsinə yerləşdirə bilir. Dəfələrlə bir çox məsələlərdə, yuxarı rəhbərliklə ciddi problemləri olarkən MTN-dəki dostları tərəfindən dəstək görən bu adamın rəhbərlik etdiyi Yuxarı Qarabağ Kanalı İstismar İdarəsində ciddi korrupsiya fəaliyyəti olub. Böyük kapital toplamaqla özünə biznes şəbəkəsi qurmuş İlyas Səfərovun Ağcabədi Rayon İcra Hakimiyyətinə başçı keçmək arzusu da olduğu söylənilir. Etibarlı mənbənin sözlərinə görə, Səfərov bu məsələ ilə bağlı olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə böyük məbləğdə “hesab” verməsini söyləyirmiş(?). (Ardı var)

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın