Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / “Milla” şirkəti vətəndaşları aldadır? – FOTOLAR

“Milla” şirkəti vətəndaşları aldadır? – FOTOLAR

Vətəndaşlar tərəfindən hər gün redaksiyamıza yeni məlumatlar daxil olur. Bu məlumatlarda daha çox vətəndaşlar müəyyən şirkətlərlə bağlı narazılıqlarını qeyd edirlər. Qafqaz Xəbər Agentliyinin saytlarında da mütəmadi olaraq vətəndaşların şikayəti əsasında müəyyən şirkətlərlə bağlı yazılar dərc olunub. Bu gün Qafqaz Xəbər Agentliyinə daxil olan məlumat da olduqca maraqlıdır. Redaksiyamıza müraciət edən vətəndaş qeyd edir ki, şəhərdə olan böyük marketlərin birindən “Milla” şirkətinə məxsus olan ayran almaq istəyib. Bu şirkətə məxsus ayranın həm nanəli, həm də sadə tipli ayran çeşidləri olduğundan, vətəndaş üzərində nanəli yazılan ayranı seçir. Evdə ayranın qabını açdıqda məlum olur ki, üstündə nanəli yazılsa da ayran adi ayrandır. Vətəndaş bu hadisədən çox təəcüblənib və düşünüb ki, hər gün hər yerdə reklamına rastlaşdığı və tərifləndiyi “Milla” şirkəti vətəndaşları belə aldadır. Vətəndaş qarşılaşdığı bu hadisəylə bağlı şəkilləri çəkərək bizə göndərib və xahiş edir ki, bu biabırçılığı mətbuat vasitəsi ilə cəmiyyətə çatdıraq.

“Milla” şirkəti vətəndaşları aldadır?
“Milla” şirkəti vətəndaşları aldadır?
“Milla” şirkəti vətəndaşları aldadır?
“Milla” şirkəti vətəndaşları aldadır?
“Milla” şirkəti vətəndaşları aldadır?

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın