Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / “Mətanət İsgəndərli MTN-in agenti olub” – İddia

“Mətanət İsgəndərli MTN-in agenti olub” – İddia

“Mətanət İsgəndərli həmişə MTN-in birinci müavini KQB generalı Hilal Əsədovun agenti olub, onunla iş birliyində olub. Hilal Əsədov da Mətanəti bu günə qədər həbslərdən qoruyub”.

“ Azinforum.az ” “Yeni Müsavat”a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayev “Hüriyyət” qəzetinə göndərdiyi məktubunda qeyd edib. E.Abdullayevin iddialarına görə, qardaşı Mahir Abdullayevin oğurlanması cinayətinin bilavasitə təşkilatçısı keçmiş MTN-in birinci müavini general Hilal Əsədov olub: “Mətanət İsgəndərlinin mediada cavablarına diqqət yetirdikdə onun əməkdar artisti-müğənni dilində deyil, bir kriminal, professional ”oğru dili”ndə danışdığını görürük… Nə qədər ki, Hilal Əsədov və müğənni Mətanət İsgəndərli azadlıqdadır, heç bir vaxt Akif Çovdarovun “MTN işi” cinayətlərinə həqiqi və obyektiv hüquqi qiymət verilə bilməz. Onların hər ikisinin Akif Çovdarovla birlikdə məsuliyyətə cəlb olunmasını tələb edirəm”.

Sabiq rektor həmçinin bildirib ki, məlum cinayətin şahidləri müğənni Mətanət İsgəndərlinin ailə üzvləri, bacısı Təranə, dayısı oğlu-sürücüsü Teymur və onun anası, bacısı, prodüseri Ələddin və bu günə qədər mediada ictimailəşdirilən şəxslərdir.

M. İsgəndərli və yaxınları isə barələrində səslənən ittihamlar haqda mətbuata danışmaqdan imtina ediblər.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın