Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / “Mən ölkənin generalıyam”- həbsdəki Elçin Quliyevin son sözü

“Mən ölkənin generalıyam”- həbsdəki Elçin Quliyevin son sözü

Daha bir MTN dəstəsinin məhkəməsi yekunlaşır.

Musavat.com xəbər verir ki, MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası davam edib.

Bakı Hərbi Məhkəməsində keçirilən proses hakim Elbəyi Allahverdiyev sədrlik edib.

Prosesdə Azər Mehdiyev son sözlə çıxış edib. Günahsız olduğunu deyən polkovnik iş adamı Maqsud Mahmudovun işinə görə tutulduğunu və həmin epizod üzrə də günahının olmadığını deyib. Barəsində bəraət çıxıralmasını istəyib.

Daha sonra general Elçin Quliyev son söz deyib.

General deyib ki, onu siqaret satanlara görə tutublar:

“Mənim nə qədər naliyyətlərim olub. Gəncə, “Sovetski” hadisələrində ciddi xidmətlərim, əməliyyatlarım olub, hamısı da uğurla nəticələnib. Bu belə olmaz. Mən ölkənin generalıyam. Heç bir günahım yoxdur. Bəraət istəyirəm”.

Hakimlər kollegiyası hökm qəbul etmək üçün müşavirəyə çıxıb. Məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı E.Quliyevin 15, A.Mehdiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hökmə əsasən, hər iki şəxsin hərbi rütbəsinin alınması, əmlaklarının müsadirə edilməsi tələb edilib.

Qeyd edək ki, bu, artıq həbs edilən üçüncü qrup MTN zabitlərinin işidir ki, məhkəmədə baxılır.

Həbsdə olan MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev Eldar Mahmudov vəzifədən qovulandan sonra tutduğu vəzifədən azad olunaraq, MTN-in Heydər Əliyev adına Akademiyasına kafedra rəisi təyin edilmişdi.

Ancaq MTN ləğv edildikdən sonra o da həbs edilib.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …