Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Londonda ən populyar uşaq adları Amelia və Məhəmməddir

Londonda ən populyar uşaq adları Amelia və Məhəmməddir

Uşaqlara 2014-cü ildə Londonda qoyulan ən populyar adlar Amelia və Məhəmməddir.
Ümumilikdə isə İngiltərə və Uelsdə yeni doğulan uşaqlara daha çox Amelia və Oliver adları verilib.
Məhəmməd adı isə Böyük Britaniya üzrə reytinqdə 14-cü yerdədir.
Milli Statistika Xidmətinin məlumatına görə, son dövrlərdə İngiltərə və Uelsdə 6649 oğlana Oliver, 5327 qız uşağına isə Amelia adı verilib.
Siyahıda ən populyar oğlan adları Cek, Qarri və Ceykobdur. Qızlarda isə ən populyar adlar Oliviya, İzla və Emilidir.
“The Evening Standard” xəbər verir ki, Londonda 10 ən populyar ad siyahısına Oliver və Məhəmməd başçılıq edir.
Qızlarda isə Oliviya, İzabella, Emili, Mayya, Miya, və Sofi adları daha populyardır.

 

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın