Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Gündəm / Lerikin icra başçısı çoban xanışın oğlunun pay torpağını əlindən aldı – FOTOLAR

Lerikin icra başçısı çoban xanışın oğlunun pay torpağını əlindən aldı – FOTOLAR

Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov sakinə məxsus torpaq sahəsini qanunsuz olaraq ələ keçirib. Bu barədə BakiPost.az-a torpağı əlindən alınan Lerik rayon sakini Eldəniz Quliyev şikayətində bildirib. Onun sözlərinə görə, başçı onun torpağını məcburi şəkildə özəlləşdirib və satıb: “Rövşən Bağırov mənə məxsus 60 sot torpaq sahəsini zorla əlimdəm alaraq “Azərenerji” ASC-yə satıb.
Ailəmin dolanışığı üçün nəzərdə tutulan əkin yeri ağır texniklarla məhv edilib. Həmin yerdə “Azərenerji” ASC-yə məxsus binanın tikintisinə şərait yaradılıb.
Bu barədə məhkəməyə müraciət etmişəm. Amma “bu, bizim gücümüz çatan iş deyil, rayon rəhbərinin səlahiyyətində olan məsələdir” deyərək şikayəti qeydiyyata almaqdan boyun qaçırıblar. Digər qurumlar da Rövşən Bağırovun qorxusundan məni dinləməkdən imtina edirlər”.

Rayon sakini artıq intihar həddində olduğunu deyir: “1996-ci ildə pay torpağı kimi ayrılan ərazi 2005- ci ildə qanuna uyğun olaraq adıma sənədləşdirilib. Amma sonradan dedilər ki, Prezidentin sərəncamına uyğun olaraq, bu torpaqlar “Azərenerji”yə verilməlidir. Amma beə bir sərəncamın nə vaxt verildiyini bizə demədilər, göstərmədilər. İcra başçısı dövlət başçısının adından istifadə edərək camaatı incidir, öz şəxsi büdcəsini genişləndirir. Rövşən Bağırov vətəndaşları nə qədər incitsə də, adı bir çox qalmaqallarda hallansa da hər zaman özünü müdafiə etməyi bacarır. Haqq-ədalət bərpa olunmayacağl, torpaq sahəmin mənə qaytarılmayacağı təqdirdə özümü və ailə üzvlərimi yandıracağam”.
Şikayətçi rayondakı sosial problemlərə də toxunub: “Əsasən də işsizlik səbəbindən əhali rayonu tərk edir. Demək olar ki, hazırda rayon boşalıb. Regionların sosial- iqtisadi inkişafı ilə əlaqədar olan dövlət proqramlarının nəticələri də Lerikdə qətiyyən hiss olunmur. Hətta Lerik rayon İcra Hakimiyyətinin yaydığı rəsmi məlumatlarda bu, öz əksini tapıb. Həmçinin rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov başda olmaqla digər məmurların özbaşınalığı da rayonda sosial problemləri bir qədər də ağırlaşdırıb”.
Məsələ ilə bağlı açıqlama verən Lerik rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədovanın dedikləri isə kifayət qədər maraqlı və ziddiyyətlidir. O bildirib ki, Eldəniz Quliyev torpağını öz xoşu ilə verib: “Vətəndaş çox şey deyə bilər. Eldəniz çoxdandır, bu səpkidə müraciətlər edir. Amma ona icra hakimiyyəti tərəfindən yetərli cavab verilib. Bu məsələ uzun müddət araşdırılıb. Eldənizin özü yaxşı bilir ki, ona nə cavab verilib. Əgər Eldəniz özü dövlət tikintisinə görə öz torpağını könüllü verməsə, onun ərazisini kimsə nə zəbt edə, nə də əlindən ala bilər. Xüsusilə də dövlət orqanları bunu edə bilməz. Öz istəyi ilə torpağı verməsə, ərazi əlindən alına bilməz.
Ümumiyyətlə, onun torpağının güclə alınması faktı yoxdur. Yenə də bu məsələ araşdırıla bilər. Çünki bu məsələ yeni bir şey deyil. Eldənizin özü də məsələnin nə yerdə olduğunu çox yaxşı bilir. İndi niyə yenidən hansı məqsədlə müraciət etdiyini deyə bilmərik. Əgər yenə hər hansı çətinliyi varsa, mənim yanıma gələ bilər. Məsələyə yenidən aydınlıq gətirərik”.

Qeyd edək ki, Lerikdə pay torpağı zor gücünə əlindən alınan təkcə Eldəniz Quliyev deyil. İcra başçısı öz səlahiyyətlərindən istifadə edərək, pay torpaqlarını çox ucuz qiymətə ələ keçirib və “Azərenerji”yə satıb. Zərərçəkənlərdən biri də məşhur çoban Xanışın oğludur.

Lerikin icra başçısı çoban xanışın oğlunun pay torpağını əlindən aldı
Lerikin icra başçısı çoban xanışın oğlunun pay torpağını əlindən aldı

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın