Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Kim nə qədər nüfuz və pul qazandı? – Siyahı

Kim nə qədər nüfuz və pul qazandı? – Siyahı

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən 2016-cı il Yay Olimpiya Oyunları başa çatdı. “Qafqazinfo” xəbər verir ki, 56 idmançı ilə turnirə qatılan komandamız 18 medal qazanmaqla Olimpiya tariximizdə yeni səhifə açdı.

Qeyd edək ki, prezident İlham Əliyev Olimpiya Oyunlarından əvvəl idmançılara qazanacaqları medal qarşılığında mükafat veriləcəyi ilə bağlı sərəncam imzalamışdı. Sərəncamda qeyd olunurdu ki, qızıl medal qazanan idmançı 400 min manata, gümüş medal sahibi 200 min manata, bürünc əldə edənlər isə 100 min manata yiyələnəcək.

1. Birinci yeri tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat.
2. İkinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;
3. Üçüncü yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat.

Rio Olimpiadasından qayıdan yığmamıza isə ümumilikdə 2,8 milyon manat veriləcək.

Hansı federasiyalar Olimpiya Oyunlarından başıuca çıxdı?

Yığmamız bu nəticə ilə turniri 39-cu pillədə başa vurdu. Medal sayına görə isə 15-ci olduq. Ümumilikdə 18 medalı 5 idman növündə qazandıq. Boks, taekvando və kayak və kaneo də isə ilk dəfə medalçılar sırasında yer aldıq.

Taekvondo Federasiyası (prezident Kəmaləddin Heydərov)

Patimat Abakarova (49 kq) – bürünc medal qazanıb
Milad Beiqi Harçeqani (80 kq) – bürünc medal qazanıb
Radik İsayev (+80 kq) – qızıl medal qazanıb

Güləş Federasiyası (prezident Fazil Məmmədov)

Yunan-Roma

Sabah Şəriəti (130 kq) – bürünc medal qazanıb
Rəsul Çunayev (66 kq) – bürünc medal qazanıb

Sərbəst güləş

Qadınlar

Mariya Stadnik (48 kq) – gümüş medal qazanıb
Nataliya Sinişin (53 kq) – bürünc medal qazanıb

Kişilər

Hacı Əliyev (57 kq) – bürünc medal qazanıb
Cəbrayıl Həsənov (74 kq) – bürünc medal qazanıb
Şərif Şərifov (85 kq) – bürünc medal qazanıb
Toğrul Əsgərov (66 kq) – gümüş medal qazanıb
Xetaq Qazyumov (97 kq) – gümüş medal qazanıb

Boks Federasiyası (prezident Kəmaləddin Heydərov )

Kamran Şahsuvarlı (75 kq) – bürünc medal qazanıb
Lorenzo Sotomayor (64 kq) – gümüş medal qazanıb

Cüdo Federasiyası (prezident Rövnəq Abdullayev)

Rüstəm Orucov (73 kq) – gümüş medal qazanıb
Elmar Qasımov (100 kq) – gümüş medal qazanıb

Avarçəkmə Federasiyası (prezident Elçin Zeynalov)

İnna Osipenko-Radomskaya
Kayak (200 m) – bürünc medal qazanıb
Valentin Demyanenko (kanoe, 200 m) – gümüş medal qazanıb

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın