Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Gündəm / Keçmiş vəzifəli şəxs “Jeep”lə ər-arvadı vuraraq öldürdü

Keçmiş vəzifəli şəxs “Jeep”lə ər-arvadı vuraraq öldürdü

Bakıda sığorta sektorunun keçmiş vəzifəli şəxsi “Jeep”lə ər-arvadı vuraraq ölümünə səbəb olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dekabrın 21-i axşam saatlarında Rövşən Əsgərov idarə etdiyi 90 DR 500 nömrəli “Jeep Grand Cherokee” markalı avtomobillə aeroport yolunda iki piyadanı vurub.

Piyadalar – 1957-ci il təvəllüdlü Zahid Kazımov və onun həyat yoldaşı, 1961-ci il təvəllüdlü Möhtərəm Kazımova hadisə yerində vəfat edib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Rövşən Əsgərov “AzSığorta” şirkətinin filiallarla iş departamentinin müdiri olub. Daha sonra isə “Standard İnsurance” sığorta şirkətinin Korporativ satış departamentinin direktoru işləyib. Buradakı vəzifəsindən çıxarılandan sonra bizneslə məşğul olduğu bildirilir.

Əlavə edək ki, 90 DR 500 nömrəsi daha öncə “Lexus” markalı avtomobildə də olub. Həmin maşının fotolarını təqdim edirik:

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …