Ana səhifə / Gündəm / “Karaca” müştəriləri BELƏ ALDADIR: – Bakıdakı mağazalar şəbəkəsini kim himayə edir?

“Karaca” müştəriləri BELƏ ALDADIR: – Bakıdakı mağazalar şəbəkəsini kim himayə edir?

Bakıdakı “Karaca” mağazalar şəbəkəsi vətəndaşları aldatmaqla məşğuldur.

Azinforum.az xəbər verir ki, vətəndaşların Yenicag.az-a ünvanladıqları şikayətə görə, şirkətin endirim kampaniyası saxtadır.

Belə ki, şirkətin elan etdiyi 70 faiz endirim kampaniyasına aldanıb məhsul seçən müştəri kassaya yaxınlaşdığı zaman tamam fərqli qiymətlə qarşılaşır.

Mağazada məhsulun üzərinə 599 AZN yazılır, müştəri məhsulu götürüb, kassaya gələndə deyirlər ki, 1400 AZN-dir. Müştərinin “məhsulun üzərində başqa qiymət yazılıb” iradına isə satıcıların cavabı “bu məhsul kampaniyadan çıxarılıb, başqa məhsullarımıza endirim edilib” olur. Bu təkcə aldatmaq yox, həm də qanunvericiliyin pozulması deməkdir.

Məsələ ondadır ki, problem təkcə dəyişkən qiymətlərlə də bağlı deyil. Belə ki, mağazalar şəbəkəsinin menecerləri müştərilərlə həqarətlə danışıb onları aşağılayırlar. Müştəri məhsulun qiymətindən narazılığını bildirəndə menecerlər: “İstəmirsinizaə çıxın mağazadan, gedin nə istəyirsinizsə, edin, hara istəyirsinizsə, yazın” tipli aşağılayıcı, həqarət dolu cavab verirlər.

Maraqlıdır ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mağazalar şəbəkəsinin bu cür davranışı qarşısında heç bir tədbir görmür. Belə olan halda, sual yaranır: “Karaca” mağazalar şəbəkəsinin arxasında kim durur ki, onlar həm müştərini saxta endirimlə aldadır, həm də vətəndaşları aşağılaya bilirlər?!

Bu məsələdə diqqət çəkilməli olan bir nüans da var. Əgər hansısa məhsul endirim kampaniyasından çıxarılıbsa, əməkdaşların ondan mütləq xəbəri olmalıdır. Əməkdaşlar özləri belə etiraf edirlər ki, endirim kampaniyasından çıxan məhsul haqqında məlumatları yoxdur. Bu həm də o anlama gəlir ki, mağazalar şəbəkəsi müştərilərlə yanaşı, əməkdaşlarını da aldatmaqla məşğuldur. Dolayısı ilə əməkdaşlarla müştərilər üz-üzə qalır.

Qanunvericiliyə görə, saxta endirimlər özü də məsuliyyət yaradan haldır.

“Karaca” mağazalar şəbəkəsi həm saxta endirimlərlə müştəriləri aldadır, həm də mağazalar şəbəkəsinin menecerləri onları aşağılayır. Dövlət qurumları isə bu cür hallar qarşısında susmaqda davam edir…




Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …