Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Kərəm Həsənovun yaxınları bir-birini təbrik edir- O, yenidən Komitə rəhbəri kimi təsdiqlənib

Kərəm Həsənovun yaxınları bir-birini təbrik edir- O, yenidən Komitə rəhbəri kimi təsdiqlənib

Məlum olduğu kimi,  iki gün əvvəl Prezident yeni hökumətin tərkibini təsdiqlədi. Ancaq bir sıra dövlət qurumlarının rəhbərləri ilə bağlı isə hələ də, qeyri-müəyyənlik davam edir. Bunlardan biri də Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovdur. Son iki gündə onunla bağlı çeşidli məlumatlar yayılıb. Bəziləri Kərəm Həsənovun hansısa başqa bir quruma rəhbər  gedəcəyini, digərləri isə ümumiyyətlə vəzifə ilə vidalaşacağını proqnozlaşdırırdı. Azinforum.az-ın əldə etdiyi məlumat görə, bu gün saat 16-00-dan başlayaraq , Kərəm Həsənovun yaxın ətrafı bir-birini təbrik etməyə başlayıb. Onlar Kərəm Həsənovun əvvəlki vəzifəsinə təsdiqləndiyini bildirirlər.  Bir sözlə, hazırda Kərəm Həsənovun yaxınları arasında əsl bayram atmosferi yaşanır. Onunla bağlı rəsmi sərəncamın yaxın saatlarda elan ediləcəyi  gözlənilir.

Əmlak Məsələləri Dövlət Komitəsinindən isə bu məsələni şərh etmək istəmədilər.

Azinforum.az

 

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …