Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Gündəm / Jurnalistin texniki baxışla bağlı yazdığına aydınlıq gətirildi

Jurnalistin texniki baxışla bağlı yazdığına aydınlıq gətirildi

Jurnalist Məhəmmədəli Qəribli istifadəsində olan avtomobilin texniki baxışı ilə bağlı ona xəbərdarlıq mesajı göndərilmədən 50 manat cərimənin yazıldığından narazılıq ifadə edilən sosial şəbəkədəki postuna aydınlıq gətirib. Onun sözlərinə görə, DYP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namidar Piriyev onunla əlaqə saxlayıb və bildirib ki, edilən şikayət tərəflərindən ciddi şəkildə araşdırılıb:

“Bildirildi ki, belə bir xəbərdarlıq mesajı ötən ayın 21-də mənə göndərilib. Məlum oldu ki, həmin bildiriş “Asan Pay”da qeydiyyatdan keçən mobil nömrəyə ünvanlanıb. Həmin nömrədən hazırda mən çox da aktiv istifadə etmədiyim üçün, xəbərdarlığı görməmişəm. DYP-yə yazılan tənqidi statusa belə operativ reaksiya verdiyinə görə təşəkkür edirəm. Texniki səbəbdən yaranan anlaşılmazlıqla bağlı olan məsələyə tam aydınlıq gətirildi. Eyni zamanda mənə izah edildi ki, “Asan Pay”da yaradılan şəxsi kabinetdə növbəti texniki baxışın vaxtı ilə bağlı ətraflı məlumat verilir. Bir faktı da qeyd edim ki, mənim Dövlət Yol Polisi ilə bağlı heç bir qərəzim yoxdur. Dəfələrlə onların müsbət işlərini də təqdir edən yazılarla çıxış etmişəm. Yazını yazan gün gedib Zabratdakı məntəqədə texniki baxışdan keçdim. Artıq vaxt bitdiyi üçün, avtomobil o qədər də çox deyildi. Növbəm tez çatdı. Cəmi 10 dəqiəyə maşınımı müayinə edib, texniki pasportla birlikdə zala yaxınlaşmağımı olduğumu bildirdilər. Getdim, orada sistemdə cəriməmin olduğunu bildirdilər. Həmin cəriməni ödəyəndən sonra, bir illik texniki baxış talonunu mənə təqdim etdilər. Etiraf edim ki, ötən illərlə müqayisədə həmin yerdə çox irəliləyişin olduğunu gördüm. Mən bir jurnalist olaraq, müsbət fəaliyyəti hər zaman təqdir edirəm. Təəssüflə qeyd etməliyəm ki, bəzi saytlar mənim yazımla manupulyasiyalar edib. Yazının məzmununu və başlığını dəyişərək tam fərqli formatda təqdim edirlər. Buna qəti şəkildə etirazımı bildirirəm. Təbiidir ki, DYP-də olan hər bir nöqsana görə qurumun rəhbərliyi hədəf alınmamalıdır. Bəzən biz jurnalistlər də “uman yerdən küsərlər” prinsipi ilə hərəkət edirik. Hansısa haqsızlığa görə emosiyaya qapılıb birbaşa qurumun rəhbəri barədə tənqidi fikirlər yazırıq. Ancaq nəyin şahidi oluruq? DYP barədə yazılan heç bir tənqid rəhbərliyin diqqətindən yayınmır və ona əməli reaksiya verilir. Mən sonuncu yazımla bağlı bunun şahidi oldum. Məhz buna görə, cənab general Ramiz Zeynalova öz təşəkkürümü bildirirəm”.

Həmçinin oxuyun

İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. Dövlətimizin başçısı Azərbaycan …