Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Jestlərin bilmədiyimiz mənaları– Xaricdə diqqətli olaq

Jestlərin bilmədiyimiz mənaları– Xaricdə diqqətli olaq

Ünsiyyət zamanı situasiyadan asılı olaraq nitqlə yanaşı mimika və jestlərdən də istifadə olunur.

Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, gündəlik həyatda işlədilən bu jestlərin anlamları da əslində ölkələrə görə dəyişir. Məsələn, bəzi ölkələrdə yaxşı mənasını verən əl hərəkəti, bəzi ölkələrdə söyüş kimi başa düşülür. Odur ki, səyahət etmək fikrində olan, xüsusilə də dil bilmədiyi üçün jestlərdən daha çox istifadə edəcək şəxslər əl hərəkətlərinin dünya ölkələrində necə başa düşüldüyünü yaxşı yadında saxlasın.

İlk olaraq başlayaq Okay (yaxşı) işarəsindən. Avstraliya, ABŞ, Britaniya və Kanadada razı qalmaq anlayışını verən bu jest tərs göstərildikdə Braziliyada təhqir kimi qəbul edilir.

İki barmaqdan yaradılan buynuz işarəsi ABŞ və bir çox ölkələrdə rok simvolu kimi bilinsə də, İtalya, Braziliya, Kolombiya, Portuqaliya və İspaniyada “yoldaşın səni aldadır” mənasını verir.

Birləşmiş barmaqlar isə anlamına görə bir çox məna daşıyır. Belə ki, İtaliyada “bu nədir, nə istəyirsən?”, Konqoda “kiçik bir miqdar”, Türkiyədə “gözəllik, yaxşılıq”, Misirdə isə “bir dəqiqə” kimi başa düşülür.

Baş barmağın yuxarı qaldırılmasını hər zaman “əla; hər şey yaxşıdır” anlamında istifadə etsək də, Latın Amerika, Qərbi Afrika, İran, İraq və Əfqanıstanda “işində ol; zarafat eləmə” kimi qəbul edilir.

İki barmaq arasında olan baş barmağın bizdə söyüş mənasını verdiyi halda, Britaniya, Kanada və Avstraliyada uşaqlar üçün “burnunu oğurladım” oyunudur. Ümid edək ki, həmin ölkələrin vətəndaşları bizdə kiminsə burnunu oğurlamaq fikrinə düşməz.

Düyünlənən barmaqların Avstraliya, ABŞ, Britaniya və Kanadada uğurlar kimi qəbul edildiyini nəzərə alıb bu hərəkəti Vyetnamda da etmək təhlükəlidir. Belə ki, Vyetnamda bu hərəkət qadın cinsiyyət orqanı mənasına gəlir.

V işarəsi ABŞ-da sülh, Avstraliya, Britaniya, İrlandiya, Yeni Zellandiyada  isə üsyan mənasını daşıyır.

İşarət barmaqla çağırmaq Flippində sizin üçün heç də xoş olmaya bilər. Çünki Avstraliya, ABŞ, Britaniya və Kanadada birini çağırmaq üçün istifadə olunan bu jest, Flippində sadəcə heyvanlara edildiyi üçün böyük təhqirdir.

Yumruq işarəsinin bizdə hədə-qorxu mənasına gəldiyini bilirik. Ancaq bu hərəkət Meksika və Cənubi Amerikada xəsis, Avstraliya və Almaniyada isə “beynin biləyindədir” mənasını verir.

Və son olaraq bir çox ölkədə söyüş mənasını verən orta barmaq hərəkəti qədim zamanlarda oxçuların əsir alınmadıqlarını sübut etdikləri bir jest olub. Belə ki, oxu orta barmaqla atan ingilis və fransızların əsir düşdüyü zaman bir də ox atmasınlar deyə orta barmağı kəsilərdi. Bu səbəblə bir-birinə meydan oxuyan hər iki tərəfin əksəri orta barmağını göyə qaldırıb əsir alınmadıqlarını və döyüşə hazır olduqlarını göstərirdi.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın