Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / İŞİD-i nə gözləyir? – ARAŞDIRMA

İŞİD-i nə gözləyir? – ARAŞDIRMA

Özünü İslam Dövləti adlandıran qruplaşmanın (İD) xilafət elan etdiyi İraqın şimalında yerləşən Mosul şəhəri İraq hökuməti tərəfindən “azad” elan olunub. Bu, tezliklə İslam Dövlətinin Suriyada paytaxt elan etdiyi Raqqa şəhərində də baş verə bilər.

Bəs təşkilat necə davam gətirə bilir?

İraq dövləti bildirib ki, özünü İslam Dövləti adlandıran – eləcə də – İraqın şimalındakı Mosul şəhərində xəlifəlik yaradan qruplaşma artıq şəhərdən boşaldılıb.

Xəlifəliyin şimali Suriyada paytaxt elan etdiyi Raqqada isə ABŞ-n dəstəklədiyi qüvvələr “artıq” şəhərin idarəsini ələ keçirməyə hazırlaşırlar.

Nəticə olaraq, bir vaxtlar Suriya və İraqın böyük ərazisini idarə edən İslam döyüşçülərinin sıraları kəskin şəkildə azalıb.

“Təəssüf ki, cavab ürəkaçan deyil,” İngiltərədə yerləşən Bradford Universitetinin Sülh Araşdırmaları üzrə Bölməsinin professoru və Nizamsız Müharibə: İŞİD və Yeni Haşiyədən Kənar Təhlükə (Irregular War: Isis and the New Threat from the Margin) adlı kitabın müəllifi Paul Rogers deyir.

Raqqada döyüşçüFotonun Raqqa uğrunda şiddətli döyüşlər gedir

“İD-n dəyişərək İraq və Suriyada uzunmüddətli qiyam yaradacağı ilə bağlı artan dəlillər mövcuddur və bu həmçinin, qlobal bir hərəkatı inkişaf etdirir,” o BBC-ə deyib.

Digər mütəxəssislər kimi Rogers də cihadçı qruplaşma üzərində qələbəni elan etməyə tələsməyin faydasız olduğunu bildirir.

Əvvəla ona görə ki, Mosulda – döyüşün gözləniləndən daha uzun və çətin keçdiyi yer – qrup möhkəmlik və taktika dəyişmək qabiliyyəti göstərdi.

Eləcə də, davamçı toplamaq və dünyada hücumlar təşkil etmək bacarığını nümayiş etdirdi.

Torpaqsız

İD-i Mosulun idarəsini 2014-cü ilin iyununda ələ keçirmişdi. Bir neçə həftə ərzində qrup, İraq və Suriyada Birləşmiş Krallıq (242000 kvadrat kilometr) ölçüsündə bir ərazini zəbt etmişdi.

Az keçmədən ABŞ beynəlxalq koalisiyaya rəhbərlik edərək İD-n hər iki ölkədəki mövqelərini bombalamağa başlamışdı. Beləliklə cihadçıların ərazisi kəskin şəkildə azaldı.

Lakin, xəlifəlik süqutun bir addımlığında olan bir zamanda hamını bir sual maraqlandırır: İD-ə nə olacaq?

Paul Rogers deyir ki, inkişaf etməkdə olan üç ssenari sezə bilir.

ABŞ təyyarəsi
ABŞ Raqqaya qarşı hücum edən qüvvələrə dəstək göstərir.

“Bu həm İraq, həm də Suriyada partizan formasını alacaq və ərazi ilhaq etmədən də davam edə biləcək,” o izah edir.

“Həmçinin, dünyaya mesajını yaymağa davam edəcək və bu artıq Filippində gördüyümüz kimi Cənub-Şərqi Asiya və Şimali Afrikada uğurlu alınır.

“Və eləcə də, düşmən cəbhəsi saydığı Birləşmiş Krallıq, Fransa, Birləşmiş Ştatlar, Almaniya və başqa ölkələrə qarşı məqsədini davam etdirəcək.”

İD iyunun 28-i internet üzərindən yaydığı videoda xəlifəliyin itkisini rədd edib və bildirib ki, “bu həqiqət olsa da belə, məğlubiyyət anlamına gəlmir”.

“İD itirdiyi hər qarış torpağı geri tələb edəcək,” deyə bəyanatda deyilib və davamçılara səslənərək “işlərini görmək” və “yaşadıqları ölkələrin anti-terrorist məqsədlərinə məhəl qoymamaq” bildirilib.

Kürd döyüşçüsüİD sıralarında 40 minədək xarici döyüşçünün olduğu güman edilir.

Döyüşçülər

Hesablamalara əsasən, İraq və Suriyada İD-n tərkibində 40 min xarici hərbçi var. Bəs cihadçı qrup məğlub edildikdən sonra, onların başına nə gələcək?

“Gözdən qaçırmamalı olduğumuz bir fakt var: minlərlə döyüşçü dağılışmayacaq,” New York Times-da çap olunan Terrorun Anatomiyası: Bin Ladenin Ölümündən Tutmuş İslam Dövlətinin Yüksəlişin qədər adlı məqalənin müəllifi Ali Soufan deyir.

“Özlərindən əvvəlki cihadçılar kimi onlar da güc tətbiq etmək üçün alternativ yollar axtaracaqlar.”

Paul Rogers düşünür ki, onların əksəriyyəti başqa cihadçı qruplara qoşulacaq.

“İslamçıların Cənub-Şərqi Asiya, Qafqaz və Şimali Afrika boyunca geniş hərbiləşdirilimiş şəbəkəsi mövcuddur,” Londonda yerləşən tədqiqat mərkəzi Ali Birləşmiş Xidmətlər İnstitutundan (RUSI) Karin Von Hipper də bu fikirlə razıdır.

“Bu heç də İşid və ya cihadçıların sonu demək deyil,” o BBC-ə deyib.

“Zənnimcə, (cihadçılar) gizli fəaliyyətə və problemlər yaratmağa davam edəcəklər və buna səbəb isə İraqdakı uzun müddətdir ki, davam edən qeyri-stabillik və Suriyada bitməyən vətəndaş müharibəsi olacaq.”

Mosul
Mosulun alınması üzrə əməliyyat ötən ilin oktyabr ayında başlayıb.

Tərəfdaşlar

İD-ə qarşı Mosul və Raqqadakı müharibələr sona ensə də, hər şey regionda hələ uzun müddət davam edəcək qeyri-stabilliyə işarə edir.

Ali Soufan inanır ki, İslam Dövlətinin varisi onun şərqi Liviyada yerləşən əsas tərəfdaş şəbəkəsi olacaq.

“Bu şəbəkənin bir neçə min üzvü var və çox güman ki, Manchester Arenada (mayın 22-i) baş tutan partlayışı törətmiş Salman Abedini də onlar hazırlayıb,” Cənab Soufan deyir.

Ekspertlərə görə, Birləşmiş Ştatlar və Qərbdəki müttəfiqləri cihadçı qruplaşmaya qarşı mübarizəsini başqa yerdə davam etdirməli olacaqlar.

“Qısa müddət üçün Qərb, indiyə kimi gördüyü işi davam etdirəcək,” Bradford Universitetindən ekspert Paul Rogers BBC-ə deyib.

Mosulda hərbi əməliyyatlara görə 800 min mülki didərgin düşüb.

“Donald Trump administrasiyasının hərbi gücü artırdığı və Obama administrasiyasından fərqli olaraq, ABŞ ordusuna daha çox azadlıq verdiyini görürük,” o əlavə edib.

Fəqət strategiya, mütəxəssis bildirib, heç bir bəhrə vermir.

“Ərazidə ABŞ müharibəsinin başlanmasından 17 il ötüb və Qərbi Avropada qeyri-təhlükəsizlik 17 əvvəlkindən heç də az deyil… böyük ölçülü sosial problemlər və təcrid mövcuddur ki, onu təkcə Orta Şərq və Afrikaya şamil etmək olmaz.”

“Qarşıdakı bir neçə il ərzində başqa bir münasibət formalaşdırmasaq, hər şey daha da pisləşəcək,” o, BBC-ə söyləyib. “Biz dəyişikliyi yenidən gözdən keçirməli və fərqli yanaşmadan istifadə etməyə başlamalıyıq. Lakin, hazırkı siyasi iqlimdə bu dəyişiklikləri müzakirə etmək asan məsələ deyil.”

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın