Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / İmişli sakini Makedoniyalı İsgəndərin dəfinəsini tapdı

İmişli sakini Makedoniyalı İsgəndərin dəfinəsini tapdı

İmişlinin Qızılkənd kəndinin sakinlərindən biri dəfinə tapıb. Dərhal bu barədə aidiyyatı quruma məlumat verib. Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizimatika şöbəsinin müdiri Akif Quliyev dəfinə üçün İmişliyə ezam olunanlar sırasında olub.

AMEA-mın aparıcı elmi işçisi Mikayıl Mustafayev bildirib ki, həmin abidədən tapılmış müəyyən sikkələr də antik dövrdən başlayaraq orta dövrə qədər həmin mədəni təbəqələr izlənilmişdir.

AMEA-nın şöbə müdiri Akif Quliyev isə deyib ki, quruma 9 ədəd gümüş draxma təqdim edilib. Tədqiqat zamanı məlum olub ki, bu Makedoniyalı İsgəndərə aid gümüş pullardır.

Qeyd edək ki, arxeoloji qazıntılar nəticəsində tapılan qiymətli əşyalar Arxeologiya və Etnoqrafiya İnstitutunda tətqiq edilir. Əyarı müəyyən edildikdən sonra həmin əşya tarixi nümunə kimi qorunur. Bu zaman ortaya hamını maraqlandıran bir sual çıxır. Əgər sadə bir vətəndaş tarixi dəfinə aşkar edirsə, onu buna görə hansısa mükafat gözləyirmi? Bu AR Mülki Məcəlləsinin 187-ci maddəsiylə tənzimlənir.

Akif Quliyev qeyd edib ki, aşkar edilmiş mədəniyyət nümunələri qiymətləndirilir, 50 faizi qismində mükafat tapan şəxsə və ya tapılan aşyanın sahibinə təqdim edilir.

Bu məsələdə dəfinə axtarışı aparılan ərazi də nəzərdən qaçmamalıdır.

Ötən əsrin 80-ci illərindən İçərişəhərdə Arxeologiya və Etnoqrafiya İnstitutunun muzeyi fəaliyyət göstərir. Bu muzey, ekspanatlarına görə ölkənin qiymətli muzeylərindən biridir.

Tarixi abidələrimizin mövcudluğuna ziyan gətirəcək hər hansı bir hadisənin şahidi olduqda dərhal AMEA-nın aidiyyatı bölməsinə məlumat verilməlidir. Son zamanlar tarixi əhəmiyyət daşıyan qiymətli əşyaların qanunsuz satışı barədə də aidiyyatı qurumlara məlumatlar gəlir. Əlbəttə ki, bu yolverilməz haldır. Bu, sadəcə qanun pozuntusu deyil, tariximizə qarşı edilmiş bir cinayətdir. (ARB)

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın