Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / İki nəfəri öldürən “Galik”in son görüntüləri yayıldı – Qəza yerindən YENİ VİDEO

İki nəfəri öldürən “Galik”in son görüntüləri yayıldı – Qəza yerindən YENİ VİDEO

Bakıda Heydər Əliyev prospektində qəzaya düşərək iki nəfərin həyatına son qoyan “Mercedes Galendewagen” markalı, 10 PP 203 dövlət nömrə nişanlı avtomobilin son görüntüləri yayılıb. Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan video qəzadan sonra çəkilib. Görüntülərdə hadisənin necə baş verdiyi izah olunur. Aydın görünür ki, avtomobil yüksək sürətlə hərəkət edirmiş. Qəflətən qarşısına çıxan piyadanı vuraraq sağa istiqamət alıb. Təkər partladığı üçün avtomobilin diskləri asfalt üzərində dərin iz buraxıb. Daha sonra avtomobil səkiyə dəyərək aşıb və yanmağa başlayıb.

Hazırda yanaraq yararsız hala düşən avtomobil Bakıdakı cərimə meydançalarından birində saxlanılır.

Qeyd edək ki, qəza nəticəsində iki nəfər ölüb, 3 nəfər xəsarət alıb. Yaralılardan biri Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevdir. O, həbs edilib. Digər iki yaralı isə Türkiyə vətəndaşlarıdır. Ölənlərdən biri “Galik”in vurduğu piyada, digəri isə sürücü Mehdi Əliyevdir.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın