Ana səhifə / Gündəm / İcra başçısının ikrah yaradan fotoları yayıldı

İcra başçısının ikrah yaradan fotoları yayıldı

Bu günlərdə Prezident İlham Əliyev məmurlara ictimai nəzarət üçün xalqa çağırış etdi.
 Mia.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı nitqində belə dedi:
İdarəetmə sahəsində müsbət islahatlar aparılır. Mən burada ictimai nəzarətin əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm. İctimai nəzarət olmasa, ölkəmiz uğurla inkişaf edə bilməz. Bir adam – Prezident, yaxud da rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə, bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür”.
Dövlət başçısı qeyd edib ki, qanun pozuntularının, sosial ədalətsizliyin qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır. Belə olarsa, o zaman işlər daha sürətlə gedər və xoşagəlməz halların aradan qaldırılması üçün yeni mexanizm yarana bilər:
“Burada əlbəttə ki, dövlət idarəetmə prinsiplərində ciddi islahatlar aparılmalıdır və eyni zamanda, ictimaiyyət də daha fəal olmalıdır. Biz bunu son vaxtlar görürük. Bizim ictimaiyyət hər hansı bir yerdə qanunsuzluqlar, pozuntular, ədalətsizliklər baş verdikdə, dərhal reaksiya verir. Mən bunu alqışlayıram. Bu, bizə kömək edir. Bu canlı bağlantı daim olmalıdır və güclənməlidir”.
Görünür, dövlət başçısı bəzi cra başçıları və digər məmurların özbaşınalıqlarının qarşısının alınmasında ictimai nəzarətin daha çox işə yarayacağının, bununla daha operativ və dəqiq məlumatlanacağını planlayıb. Yerdən göyə haqlıdır.
Ən azından iki gündür bəzi saytlarda və sosial şəbəkələrdə bir rayonun – Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun iki müxtəlif tədbirdən (məclis) əks olunduğu fotoları da belə düşünməyə vadar edir. Yəqin ki, Şəmkirin İcra başçısı Alimpaşa Məmmədovun qısa müddətdə ikrah doğuran hərəkət və əməlləri haqda mətbuatda yazılanlar və yayılanlar haqda tədbir görüləcək…
Mia.az olaraq bəzi sayt və sosial şəbəkələrdə yayılan fotolara verilən şərhləri təqdim etmirik.
Bizə görə, icra başçısının Beynəlxalq Ailə Günü münasibətiylə öz kabinetində keçirdiyi toplantı və xaricilərlə yemək masasındakı təzadlı fotoları, onun məmur ədasına tam aydınlıq gətirir.
Buyurun, baxın və nəticə çıxarın:

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın