Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / İcra başçılarının şirkətləri – SİYAHI

İcra başçılarının şirkətləri – SİYAHI

Ölkə qanunları dövlət məmurlarına, millət vəkillərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı birmənalı şəkildə qadağan edir. Lakin buna baxmayaraq, müxtəlif iri şirkətlərin arxasında məmurlar və millət vəkillərinin dayandığı heç kimə sirr deyil. Baxmayaraq ki, onlar bu şirkətləri öz adına rəsmiləşdirmirlər.
Mia.az xəbər verir ki, aktual.az müxtəlif bines strukturlarına faktiki rəhbərlik edən məmurlar, daha doğrusu icra başçıları ilə bağlı əldə etdiyi informasiyanı oxuculara təqdim edir.
“Volkswagen”, “Audi”, “Seat”, “Porsche” avtomobil markalarının ölkəmizdə rəsmi dileri olan avtomobil şirkətiSabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyeva məxsusdur.Onun bununla yanaşı göydələn inşa edən tikinti şirkətinə, dükanlar şəbəkəsi və şadlıq evlərinə sahib olduğu deyilir.
Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun paytaxtda tikinti biznesi ilə məşğul olduğu deyilir. Onun Yasamal rayonu ərazisində yerləşən “Real Hospital” adlı özəl klinikası da var. Bu hospitalın əsasən uroloji problemlər istiqamətində ixtisaslaşdığı, onlarla həkimi öz ətrafında birləşdirdiyi iddia olunur.
Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədov Qax rayonunda əksər müəssisələri özündə birləşdirən “Uluyurd” şirkətinin faktiki sahibidir. Bu şirkət rayonda “El Resort beş ulduzlu otel, “Yaşıl park”, “Ulu”, “İmproteks”, “Ballı bulaq”, “Qafqaz” ” Eden” park hotel, “Səngər qala” istirahət mərkəzləri, “Şəfa” istirahət və müalicə ponsionatı, “İlisu” ponteonatı və “Ulu Dağ” turizm mərkəzlərini özündə birləşdirir.
Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev dövlət idarəçiliyinə təşrif buyurana qədər biznes fəaliyyəti ilə məşğul olub. Bakı şəhərində “Xal-xal” kommersiya şirkətinin direktoru olmuş icra başçısının hazırda bir sıra şirkətlərə faktiki sahiblik etdiyi deyilir. Bu sırada turizm şirkətinin olduğu, müxtəlif ölkələrə, o cümlədən müqəddəs ziyarətgahlara səfərlər təşkil etdiyi iddia olunur.
mia.az

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın