Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Gündəm / Hüseyn Abdullayevin həbsi Aslan İsmayılovu niyə təlaşa salıb?

Hüseyn Abdullayevin həbsi Aslan İsmayılovu niyə təlaşa salıb?

Məlum olduğu kimi, Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları sabiq millət vəkili, “Quska” ləqəbi ilə tanınan Hüseyn Abdullayevi Türkiyədən Azərbaycana gətiriblər. Almaniyaya siyasi mühacir statusu almaq üçün sığınmış Hüseyn Abdullayev haqqında Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işçi qaldırılmış və o, beynəlxalq axtarışa verilmişdi. Həmin ərəfədə Hüseyn Abdullayevin vəkili Aslan İsmayılov olmuşdu.

O zaman Aslan İsmayılov Hüseyn Abdullayevin günahsızlığını hüquq qarşısında isbat etməkdən çox, onun PR meneceri kimi çıxış edir, keçmiş millət vəkili haqqında mədhiyyələr söyləyirdi. Amma görəsən Aslan İsmayılov nədən indi Hüseyn Abdullayevi müdafiə etmir? Deyə bilərsiniz ki, indi Aslan İsmayılov vəkil deyil. Doğrudur, adını dəyişdirmiş, soyadı isə müəmmalı olan Allahverdi İsmayılovu Vəkillər Kollegiyasından qovublar. Həm də iki dəfə! Ancaq bu, məsələnin ancaq hüquqi və texniki tərəfidir. Allahverdinin Hüseyn Abdullayev haqqında verdiyi açıqlamaların zatən hüquqa dəxli olmayıb. Aslan, pardon, Allahverdi İsmayılovun dediklərini özünüz də Google-də axtarış apararaq oxuya bilərsiniz, mən birini təqdim edim:

“Hüseyn Abdullayevin axtarışı birmənalı şəkildə onun siyasi baxışları ilə əlaqədardır. 2007-ci ildə də onu məhz siyasi baxışlarına görə həbs etdilər. H.Abdullayevin o zaman parlament iclasındakı çıxışını dinləsəniz görərsiniz ki, o, parlament üzvlərini formal fiqur olmamağa çağırıb. Tələb edib ki, Nazirlər Kabineti nağıl söyləməsin, obyektiv hesabat versin. Buna görə də o vaxt onu həbs elədilər. Daha sonra onun əmlakını əlindən aldılar. H.Abdullayev bundan sonra da dayanmadı və tənqidi fikirlərini davam etdirdi. “Susma” marşını yazdı. Bundan sonra yenə də təzyiqlərə məruz qaldı. Hər şeyin arxasında H.Abdullayevin siyasi baxışları dayanır. İnanmıram ki, H.Abdullayev bu hakimiyyətlə bu cür savaşa-savaşa vergidən yayınmış olardı. Əgər həqiqətən də o, vergidən yayınmışdısa, niyə “Susma” marşına qədər ona qarşı hər hansı bir tədbir görülmürdü? Bu, hakimiyyətin taktikasıdır. Sabah az-çox biznesə sahib istənilən şəxs ağzını açan kimi onun haqqında da cinayət işi qaldıracaqlar”.

Hüseyn Abdullayev həm də İsmayılov üçün o qədər yaxın və əziz insan idi ki, soyadı hələ də müəmmalı olan Allahverdi seçkilərdəki məğlubiyyətinin üstünə onun xatirini də əlavə eləmiş və psixoloji komplekslərini aşaraq Avropa İnsan Haqları Məhkəməsində Azərbaycana qarşı dava açmışdı. Amma Hüseyn Abdullayev tutularaq Azərbaycana gətirildikdən sonra Aslan, pardon Allahevrdi İsmayılovun cınqırı çıxmır. Görünür, narahatdır! Ona görə narahatdır ki, Azərbaycan dövlətinə, hakimiyyətinə və milli maraqlarına qarşı formalaşdırılan qeyri-sistemli müxalifət sacının xaricdəki bir ayağı Hüseyn Abdullayev idisə, daxildəki digər ayağını təşkil edən də məhz bu ünsür idi. İndi gənclərin gözünə kül üfürür ki, 60 illik həyatımın hər səhifəsinə cavabdehəm, söylədiyim hər sözün də üstündə dayanıram. Buyur, cavab ver, Hüseyn Abdullayev sənə nə qədər pul ödəyib və həmin pullar qarşısında Azərbaycan dövlətinə qarşı açdığın davanın, hakimiyyətə atdığın böhtanların üstündə dayanırsanmı? Amma cavab verməyib susacaqsan, çünki sən Aslan adını heç zaman haqq etməmisən, ay Allahverdi!!!

Mürvət HƏSƏNLİ

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …