Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Hikmət Həsənov “Tərtər işi”nə görə vəzifəsindən azad edilib?

Hikmət Həsənov “Tərtər işi”nə görə vəzifəsindən azad edilib?

Birinci Ordu korpusu komandiri general-mayor Hikmət Həsənovun yaxın vaxtlarda vəzifəsindən azad edilib, başqa bir vəzifəyə təyin ediləcəyi deyilir.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, informasiyalarda deyildiyi kimi Hikmət Həsənov “Tərtər işi”nə görə yox, səhhətində yaranmış problemlərə görə, özü başqa vəzifəyə təyin edilmək istəyib.

Belə desək, general-mayor Hikmət Həsənov aktiv vəzifədən passiv vəzifəyə keçmək arzusundadır. Belə ki, Hikmət Həsənov müharibə vaxtı infartk keçirdiyi üçün ürəyindən əməliyyat olunub. Bundan əlavə kaputilyasiyadan sonra Azərbaycan ordusu Ağdama girərkən, onun olduğu avtomobil minaya düşüb və orada yaralanıb. Aldığı xəsarətin onun səhətində hələ də problemlər yaratdığı deyilir.

Məlumata görə, Hikmət Həsənovun Ali Hərbi Məktəbə müavin vəzifəsinə təyin olunması üçün təqdimat göndərilib. Onun yerinə isə Qiyas Abbasovun təqdimatının göndərildiyi deyilir.

Orduda kadr islahatı bununla bitməyəcək. Dördüncü ordu korpusuna və Döyüş hazırlığı idarəsinə də yeni təyinatların olacağı məlumatı var.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …