Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Hicran Hüseynovanın sifarişlərini kim icra edir?

Hicran Hüseynovanın sifarişlərini kim icra edir?

“Əgər bir cəmiyyətin tərəqqisinə nail olmaq istəyirsənsə, ilk növbədə onun maariflənməsinə nail olmalısan”.

Avstriyalı psixoanalitik Ziqmund Freyd iddia edir ki, cəmiyyətdə baş verən bütün faciələrin kökündə diqqətsizlik və etimadsızlıq amili dayanır. Xüsusən məsul qurumların etinasızlığı, üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi bu kimi problemlərin dərinləşməsinə səbəb olur.

Demək olar ki, hər həftə ailədaxili faicələrin, müsibətlərin şahidinə çevrilir, lakin bunun qarşılığında isə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin heç bir səmərəli fəaliyyəti nəzərə çarpmır. Məhz elə bu səbəbdən uzun illərdir bu quruma rəhbərlik edən Hicran Hüseynova vəzifəsindən azad edildi.

Komitə sədrliyindən uzaqlaşdırılan H.Hüseynova bu dəfə deputatlığa namizəd oldu və eyni münasibəti 41 saylı Sumqayıt birinci seçki dairəsinin seçicilərinə qarşı sərgiləməyə başladı.

Regionpress.info məlumat verir ki, təsadüfi deyil ki, H.Hüseynova seçki təbliğaqtı aparmaq və seçiciləri öz platforması ilə tanış etmək əvəzinə əsas diqqətini rəqiblərinə qarşı yönəldib. Normal seçkilərdə qələbə qazana bilməyəcəyini dəqiq bilən keçmiş komitə sədri inzibati resurslarını işə salıb və əsas rəqiblərini sıradan çıxarmaq üçün müübarizəyə girişib.

Xatırladaq ki, Hicran Hüseynova komitə sədri olmamışdan öncə 44 saylı Sumqayıt seçki dairəsindən deputatlığa namizəd olub və hakim partiyanın apardığı dəstəyinə rəğmən apardığı biabırçı seçki kampaniyasına görə, həmin dairədə seçkilərin nəticələri ləğv olunub.

Onun rəqibi, xalq artisti Flora Kərimovanın iddiası əsasında Avropa Məhkəməsi Azərbaycan hökumətini cərimələyib.

Azərbaycan iqtidarını dəstəkləyən, ölkədə həyata keçirilən islahatlar prosesinin tələblərinə cavab verən kifayət qədər mütərəqqi gənclər olduğu halda Hicran Hüseynovanın yenidən deputat olmaq istəməsi və inzibati resursları işə salması yalnız təəssüf doğurur.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …