Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Gündəm / Hicran Hüseynova Sumqayıtda əlil arabasında olan xanıma qarşı qeyri etik davranış

Hicran Hüseynova Sumqayıtda əlil arabasında olan xanıma qarşı qeyri etik davranış

Hicran Hüseynova Sumqayıtda əlil arabasında olan xanıma qarşı qeyri etik davranış

Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədlər siyahısında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın da adı var. Hicran Hüseynovanın namizədliyi 41 saylı Sumqayıt birinci seçki dairəsindən irəli sürülüb.

Regionpress.info-ya verilən məlumatda bildirilir ki, Hicran Hüseynova komitə sədri olanda heç bir dəfə də Sumqayıtda görüş keçirməyib amma indi bildirir ki, hər bir sumqayıtlının yanındayam. Sumqayıtda digər ərazilərində olan məktəb müəllimlərini, baxça müəllimlərini, sahə həkimlərini, tibb bacılarını məcburən görüşə gətirilir.

Görüşdə çox az adam iştirak edib. Əksər insan görüş yerin tez tərk edib. Bundan başqa görüşlərdə seçici çoxluğu olsun deyə bələdiyyə üzvlərini, Sumqayıt Azərişığın, AzərQazın əməkdaşlarını görüşlərə məcburən çağırırlar. Ən acınacaqlı hal isə isə soyuq havada əlil olan vətəndaşı Hicran Hüseynova yanında uox qarşısında oturdub öz platformasından danışır. Təqdim etdiyimiz foto buna sübütdur: Verilən boş-boş vədlərə heç kəs inanmır amma ən utanc verici məqam budur ki, əlilə bu qədər zülm etmək olmaz.

Mənbənin verdiyi digər bir məlumata görə, keçirilən görüşlərin birinə isə istilik sistemi olmayan qapalı yerə məcburən mənzil-kommunal təsərrüfatin qadın əməkdaşlarını yığıblar. Sumqayıtda məcburi Hicran Hüseynova ilə görüşlərə çağrılan bəzi vətəndaşların adları bizə məlumdur. Lakin dövlət müəssələrinin əməkdaşları öz işdən çıxarılmaqlarından ehtiyyat edərək adlarını çəkilməsini istəmirlər. Araşdırmalarımız davam edir.

Hicran Hüseynovadan əlil qadına hörmətsizlik
Hicran Hüseynovadan əlil qadına hörmətsizlik
Hicran Hüseynovadan əlil qadına hörmətsizlik
Hicran Hüseynovadan əlil qadına hörmətsizlik
Hicran Hüseynovadan əlil qadına hörmətsizlik

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …