Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Hesablama Palatası AzTV-yə ayrılan pulların yerini soruşur? – Uzaqda deyil… Alışanovun cibindədir…

Hesablama Palatası AzTV-yə ayrılan pulların yerini soruşur? – Uzaqda deyil… Alışanovun cibindədir…

Hesablama Palatasının bir neçə gün əvvəl yaydığı məlumatda audit yoxlaması nəticəsində AzTV-də maliyyə pozuntularına yol verildiyi və dövlət vəsaitinin xərclənməsində ciddi nöqsanların aşkara çıxarıldığı qeyd olunmuşdu. Ondan əvvəl isə Satlnalmalar üzrə dövlət agentliyinin son beş ildə keçirdiyi tenderlə bağlı mediada araşdırma materialları çap edilmiş və “AzTV-yə ayrılmış milyonlar necə xərclənib” tipli suallar səslənmişdi.

Məlum olmuşdur ki, tenderdə müəmmalı şirkətlər, o cümlədən Yeni Zellandiya, Uruqvay və s. kimi ölkələrin heç kimin tanımadığı şirkətləri tenderi udur və sonradan “əriyib” yoxa çıxırlar. Bütün bunlar cəmiyyətdə çoxlarını son on ildə dövlət büdcəsindən AzTV-yə ayrılmış 660 milyon manat vəsaitin düzgün xərclənməməsi qənaətinə gətirir.

AzToday.az xəbər verir ki, AzTV-yı ayrılan pulların əs “pullar hara gedir” sualına cavb axtaranlar sosial şəbəkələrdə AzTV-nin sədri, ixtisasca mühasib olan A.Alışanovun Bakının mərkəzindəki malikanəsinin, həmçinin Bilgəh, Fatmayi və Xızıda olan villalarının foto şəkillərini yaymaqla cavb verirlər.

Hesablama Palatası AzTV-yə ayrılan pulların yerini soruşur?
Hesablama Palatası AzTV-yə ayrılan pulların yerini soruşur?
Hesablama Palatası AzTV-yə ayrılan pulların yerini soruşur?

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın