Ana səhifə / Gündəm / Hakimin həyat yoldaşının 2 milyonluq cinayət dosyesi – faktlar

Hakimin həyat yoldaşının 2 milyonluq cinayət dosyesi – faktlar

Kənan Quliyev təzyiqlərdən yayınmaq üçün həyat yoldaşından kağız üstündə boşanıb…
Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron Rayon Məhkəməsinin hakimi Sevinc Quliyevanın həyat yoldaşı Kənan Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hakim Mahmud Ağalarovun baxdığı iş üzrə 19 zərərçəkən var və onlar hakimin həyat yoldaşına ümumilikdə 2 milyon manata qədər pul, maşın, mal, əmlak veriblər.
Bu, Kənan Quliyevin ilk məhkumluğu deyil. Barəsində 2015-ci il yanvarın 13-də hazırkı cinayət işi üzrə həbs qətimkan tədbiri seçiləndə onun digər hökmlə barəsində çıxarılan şərti cəzanın müddətinin bitməsinə 1 neçə ay qalırmış.
Belə ki, K.Quliyev 2013-cü ilin əvvəllərində də Bakı Ağır Cinayətlər Məhkəməsinin daimi “qonaq”larından olub. Həmin il aprelin 24-də barəsində dələduzluq maddəsi ilə başlanmış iş üzrə ittihamedici hökm çıxarılıb. O dövrdə zərərçəkənlərə vurduğu ziyanı qaytardığından barəsində 7 il şərti və 2 il sınaq müddəti ilə hökm çıxarılıb və məhkəmə zalından azad edilib. Azad edildikən sonra K.Quliyevin fəaliyyət dairəsi daha da genişlənib. O, növbəti dəfə həbs ediləndən sonra barəsindəki cinayət işinin cildləri günü-gündən artmağa başlayıb. Ona pul, mal, mülk və bahalı maşın verib qazanc əldə etmək istəyənlər Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin dəhlizlərində peyda olublar. Beləliklə, zərərçəkənlərin sayı 19-a, iş üzrə cildlərin sayı 6-ya, cinayət epizodlarının sayı isə 21-ə qədər artıb. K.Quliyev ittihamları rədd edir. Zərərçəkənlər isə deyirlər ki, bu, onun müdafiə taktikasıdır. İddia edirlər ki, onun atdığı addımlar hakim vəzifəsini daşıyan həyat yoldaşı tərəfindən koordinasiya olunur.
Zərərçəkənlər deyir ki, K.Quliyev onların inamını qazanmaq üçün onlarla iş görüb, bir neçə dəfə onlardan aldığı malların pullarını ödəyib. Dövriyyəni bir neçə dəfə genişləndirəndən sonra isə pulları ödəməyərək onlara qarşı dələduzluq edib. Bu yolla onları digər şəxslər qarşısında borclu vəziyyətə salıb. Odur ki, barəsində cinayət işi başlandıqdan sonra isə zərərçəkənlərin sayı durmadan artmağa başlayıb. K.Quliyev hələ ilk məhkumluğu ərəfəsində həyat yoldaşı ilə boşanıb. Zərərçəkənlər qeyd edirlər ki, boşanma rəsmi sənəd kimi Quliyevlərə lazım olub. Faktiki isə hakimlə həyat yoldaşı bu gün də münasibət saxlayırlar.
Zərərçəkənlərin sözlərinə görə, K.Quliyev ilkin dövrlərdə armatur alveri ilə məşğul olub. Bu alverlə yanaşı sonradan maşın alveri də edib. Zərərçəkənlərin bir çoxundan bahalı maşınlarını alıb, həmin maşınları betona dəyişib. İlkin vaxtlarda aldığı maşınların pulunu ödəyib. Buna görə də zərərçəkənlərin etibarını qazanıb. Həbsində əvvəlki 2 ayda isə armatur və götürdüyü maşınların pulunu verməyib. Zərərçəkənlər pullarının mənimsəmə sxemlərinin həyat yoldaşı ilə birgə çəkdiyini iddia edir, bildirilər ki, bunu məhkəmə zamanı hakimlərə də deyiblər. Qeyd edirlər ki, Kənan Quliyevin hakim vəzifəsini daşıyan həyat yoldaşı Sevinc Quliyeva onlarla təmaslar zamanı “mən onu tanımıram” deyir. Faktiki isə onlar boşanandan sonra da bir yerdə yaşayıblar, birgə toylara belə gediblər.
Zərərçəkənlər deyirlər ki, K.Quliyev saxlanıldığı Bakı İstintaq Təcridxanasında çox yaxşı şəraitdə yaşayır. 2 ildir ki, “burjuy” kameralarında yartır. Hər ay orada qalmağın xərci 4-5 min manatdır.
Hamı deyir ki, onun müəllimi həyat yoldaşıdır, onlar bir yerdədirlər. Sadəcə rəsmi olaraq boşanıblar. Kənan Quliyev 2 milyonu nə edib? Haradadır həmin pullar? Onların əlaqələri var. Əgər bu adamlar boşanıblarsa, qarşılıqlı bir-birinin qohumlarının toyunda necə iştirak edirlər?
Faktiki olaraq Kənan Quliyev həyat yoldaşı ilə birgə yaşayır. Onun yol göstərəni də həyat yoldaşıdır. 2-ci dəfə həbs edilməzdən əvvəl onlar birgə toyda olublar. Zərərçəkənlər qeyd edirlər ki, bu faktlar onlara ibtidai istintaq zamanı da bəlli olub. Düşünüblər ki, K.Quliyevin həyat yoldaşına pislik etməsinlər, onun işdən çıxarılmasına yol açacaq məlumatları ictimailəşdirməsinlər.
Zərərçəkənlər mətbuat vasitəsi ilə K.Quliyevin həyat yoldaşına müraciət edərək onları incitməmələrini tələb ediblər.
Quliyevlərin istədiyi budur ki, insanları incitsinlər, get-gələ salıb mal-mülk, pullarından əl çəksinlər. Ya da bezib Kənan Quliyevinv şərtlərini qəbul etsinlər. Yəni 3 manatın yerinə 1 manat alıb şikayətçi olmasınlar. Bütün bu sxemləri çəkən adam kimi K.Quliyevin həyat yoldaşının adı çəkilir. 2 ildir davam edən iş üzrə proseslərdə zərərçəkənlər bunları deyirblər. Ötən müddət ərzində Quliyevlərin əlaqələri haqda məlumat toplayıblar. Zərərçəkənlər deyir ki, hakimlə onun 2-ci dəfə dələduzluqda ittiham edilərək həbs edilən həyat yoldaşı arasında əlaqə qalmaqdadır.
Mövzya qayıdacağıq.

musavat.com
P.S. Yazıda adı hallanan hər kəsi, o cümlədən hakim Sevinc Quliyevanı da dinləməyə hazırıq.

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın