Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Hakim Elnur Nuriyevin iki il araşdırıb qərar verdiyi işi yuxarı instansiya Məhkəməsi niyə ləğv etdi?

Hakim Elnur Nuriyevin iki il araşdırıb qərar verdiyi işi yuxarı instansiya Məhkəməsi niyə ləğv etdi?

Tanınmış vəkil Tağı Qəmbərov bu gün Bakı Apellyasiya Məhkəməsindən qazandığı qələbədən məmun olduğuna dair fikirlərini paylaşıb. Vəkil sosial şəbəkədəki hesabında bunları qeyd edib:

“Dostlar, bu gün Bakı Apellyasiya Məhkəməsi Nizami Rayon Məhkəməsinin qətnaməsini subyektiv hüququ olmayan şəxs tərəfindən iddia verdiyi üçün ləğv etdi. Özü də birinci baxışda. Həmin işə Nizami məhkəməsində hakim Elnur Nuriyev baxmışdı.  Elnur Nuriyev bu işlə bağlı iki ilə yaxın məhkəmə araşdırması aparmışdı. 1-ci instansiya məhkəməsində ilk gündən ərizə vermişdik ki, bu işə iddiaçının subyektiv hüququ olmadığı üçün işə xitam verilməlidir. Lakin ərizə təmin edilmədi, nəticədə qanunsuz olaraq Keşlə qəsəbəsində 10 nəfərə yaxın cavabdeh şəxslərin tikdiyi evlərin sökülməsi və torpaq sahəsindən boşaldılması qət edilmişdir. Lakin bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Namiq Cəfərov həmin qətnaməni ləğv etdi, Apellyasiya şikayətimiz  təmin edildi.
İşə obyektiv və qanunla baxdığına görə, Namiq Cəfərova təşəkkürlər. HAQQ ÜZÜLƏR AMMA QIRILMAZ!”.

Vəkil Azinforum.az-a açıqlamasında bildirdi ki,  məhkəmənin qərarını əldə edəndən sonra, bu işlə bağlı yol verilən prosesial pozuntularla əlaqədar ətraflı məlumat verəcək.

Azinforum.az

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …