Ana səhifə / Gündəm / Hacıbala Abutalıbov “Dostluq”dakı villa sahiblərini tapa bilmir

Hacıbala Abutalıbov “Dostluq”dakı villa sahiblərini tapa bilmir

Prezident İlham Əliyevin tapşırığı ilə “Dostluq” parkında sökülən villaların yerində ağacəkmə kampaniyası keçirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi iməcilikdə Mer Hacıbala Abutalıbov şəxsən özü də iştirak edib.
Bu parkda bəzi villalar sökülüb, yerində isə müxtəlif şam ağacları əkilib. Ağacəkmə kampaniyasInda 2 mindən çox insan iştirak edib və kompaniya çərçivəsində 10 min ağac əkilib. Amma villaların hamısı hələki sökülməyib. Söküntü bundan sonra da davam edəcək.
Merin sözlərinə görə, indiyə qədər 42 villa sökülüb. Onların sahibləri isə hələ də üzə çıxmır. Amma bu, ilk belə hal deyil: “Nəsimi rayon ərazisində yaşıllıq məhv edilmişdi. Təəssüf ki, bunu edənlər isə vəzifəli şəxslər olmuşdu. Və biz bunları tamamilə ləğv etdik. İndi oranı yaşıllıqlar, istirahət mərkəzinə çevirmişik. Hazırda insanlar orada yüksək bir səviyyədə istirahət edirlər.

Bundan başqa Xətai rayonunda qanunsuz olaraq özəlləşdirilmiş gözəl bir yaşıllıq zonası vardı. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə məlumat daxil oldu. Dərhal da bütün orqan – idarə və təşkilatların birgə köməyi ilə orda aparılan tikinti işlərinı tamamilə dayandırdıq, eləcə də sərəncamları, özəlləşməni ləğv etdik. Artıq oranı gözəl bir parka çevirmişik”. 

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın