Ana səhifə / Gündəm / Hər səhər bu yeməkləri yeməklə özümüzə pislik edirik – SİYAHI

Hər səhər bu yeməkləri yeməklə özümüzə pislik edirik – SİYAHI

Həm həkimlər, həm müdrik adamlar, bir sözlə ağlı kəsən hər insan səhər yeməyinin vacibliyi haqqında mütləq kiməsə məsləhət verir. Səhər yeməyinin enerjisinin bütün günə bəs edəcəyini düşünən mütəxəssislər də var. Amma hər səhər yeməyində istifadə etdiyimiz təamlar var ki, onları yeməklə sağlamlığımıza zərər vermiş oluruq.
Dietoloqların səhər yeməyi zamanı istifadəsini məsləhət görmədiyi qidaları Moderator.az sizlərə təqdim edir:
1-Qızardılmış çörək: Qızardılmış çörəyə səhər menyusunda çox rast gəlinir.Amma onu mürəbbə, cem, şokolad yağı kimi qidalarla yemək doğru deyil. Karbohidrat bankı olan qızardılmış çörək şəkərlə zəngin olan bu qidalarla qəti uyğunlaşa bilmir. Qızardılmış çörəyin həvəskarları varsa, onu ya yumurta, ya da pendirlə yeməklə mənfi təsirini azalda bilərlər.
2-Mürəbbə: Yəqin hamıda sual yaranacaq ki, heç mürəbbəsiz də səhər yeməyi olar?! Burada dəqiqləşdirmə aparmaq lazımdır. Mürəbbə səhər yeməyində hər zaman zərərli deyil. Sadəcə biz şəkərlə zəngin olan bu təamı karbohidratlarla qarışdırmamalıyıq. Məsələn, çay içərkən mürəbbədən istifadənin zərəri yoxdu. Amma qızardılmış çörək, yaxud şirniyyatın üzərinə çəkməklə yeyilən mürəbbə maddələr mübadiləsinin pozulmasına yol aça bilər.
3-Meyvə şirəsi: Səhər tezdən meyvə şirəsinin istifadəsi məsləhət görülmür. Xüsusən də, diabet xəstələri olan insanlar səhərlər meyvə şirəsi içməsələr yaxşıdır. Bu birbaşa qanın fəaliyyətinə mənfi təsir edir, qandakı şəkərin miqdarını artırır.
4-Qızardılmış kolbasa və sosislər: Dietoloqlar nəinki səhər, ümumiyyətlə, bütün yeməklərdə bu məhsulların istifadəsini məsləhət görmürlər. Xüsusən də, onların qızardılmış növü xərçəng riskini artıra bilər.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın