Ana səhifə / Gündəm / “Günəbaxan tumları ciddi xəstəlik yaradır” – Ekspert təhlükə anonsu

“Günəbaxan tumları ciddi xəstəlik yaradır” – Ekspert təhlükə anonsu

Son günlər mətbuatda “Beloçka” günəbaxan tumlarının insan orqanizmi üçün ciddi təhlükə mənbəyi olması ilə bağlı məlumatlar yayılır.

Məlumata görə, yüksək temperatur altında qurudulan “Beloçka” tumları qablaşdırıldıqdan sonra kiflənir. Bundan istifadə zamanı insanlarda müxtəlif xəstəliklər əmələ gəlir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı AzNews.az-a danışıb. O, bu tumların satışı zamanı insanların kampaniyalarla aldadıldığını deyib: ““Beloçka” tumlarının satışı hədiyyə kampaniyası ilə birlikdə təşkil olunur və bununla da insanlarda maraq yaradırlar. Əslində bu, ciddi mədə-bağırsaq və alergiya xəstəliklərinə gətirib çıxaracaq bir biznesdir”.

E.Hüseynov nəinki “Beloçka”, hətta bütün günəbaxan tumlarının istehlakının dayandırılmalı olduğunu deyib:

“Təhlükəli və pis mal müəyyən partiyaya aid olan anlayışdır. Bu, hansı ölkədə aşkarlansa həmin partiya mal gərək satışdan geri götürülsün. Çox təəssüf ki, Aərbaycanda qidanın malların geri çağırılma prosedurası yoxdur. Bu cür mallardan insanlar kütləvi sürətdə zəhərlənirlər. Ümumiyyətlə, tum çırtlamaq mədəniyyətsiz bir hərəkət olduğu halda, tumun Azərbaycanda reklam olunur. Mən bunun qəti şəkildə əleyhinəyəm. Gərək Azərbayanda belə mallar reklam olunmasın. İstifadəsi də dayandırılsın”. 

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın