Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Gülənin “Bənövşəyi otağı”nın sirri açıldı -Fotolar

Gülənin “Bənövşəyi otağı”nın sirri açıldı -Fotolar

Moderator.az xəbər verir ki, Konyada FETÖ- un 15 iyul dövlət çevrilişi cəhdindən sonra bağlanaaq Türkiyə Milli Təhsil Nazirliyinə təhvil verilən məktəbdə himmət toplantılarının keçirildiyi “bənövşəyi otaq” və 12 yataq otağı aşkar edilib. Məktəbin ən üst mərtəbəsində xüsusi toxunmuş xalça döşənmiş, lüks mebeli və müasir dizaynı ilə diqqəti çəkən i “1” nömrəli otaqda Gülənin qaldığı öyrənilib. Ancaq keçmiş məktəb rəhbərliyi cəld davranaraq binadakı önəmli sənədləri və əşyaları buradan qaçıra bilib. Ətrafda yaşayan insanların ifadələrinə görə, həmin ərəfədə bir yük maşını dolu əşya gecəylə məktəbdən çıxarılıb.
Beynəlxalq Mövlana Anadolu İmam Natiq Liseyi adıyla tanınan məktəbin bəzi hissələri diqqət çəkib. Məktəbdə 22 dərs otağı, idman kompleksləri və 1 konfrans zalı var. Məktəbin 4-cü mərtəbəsində isə ümumiyyətlə bağlı saxlanıldığı öyrənilən və binanın damına açılan qapıdan xalça döşənmiş nərdivanla iki dəhlizə çıxılır.
Xüsusi toxunmuş xalçayla divardakı motivlərin uyğunlaşması, qapı və mebeli ilə görənləri heyrətə salan hissədə “bənövşəyi otaq” adı verilən 75 adam tutumlu salon var. Təşkilatın “böyük himmət yığıncaqlarını” təşkil etdiyi salonda kresloların və tavandakı qübbə şəklindəki işıqlandırmanın bənövşəyi rəngdə olması diqqəti çəkir.
Feto istintaqı zamanı nəzarətə alınan A.R.Ş. ifadəsində “böyük himmət toplantılarının” bu mərtəbədə keçirildiyini deyib. A.R.Ş. yığıncaqlara ölkədən kənardan natiqlik qabiliyyəti və insanlara təsir etmə gücü yüksək “qardaşların” gəldiyini bildirib: “Bunlar yığıncaq başlayanda çıxış edərək oradakı insanları hiddətə gətirir və daha çox pul yardımı etməsinə şərait yaradardılar”.  İstintaq çərçivəsində ifadəsi alınan M.Ç. də FETÖ-nun bu köhnə məktəbində verilən iftar yeməyinə qatıldığını və burada Ankaradan gələn üst səviyyə idarəçinin çıxış etdiyini bildirib.
Yığıncaqlarda bir gündə 1 milyon lirədən çox ianə toplandığı irəli sürülüb. “Bənövşəyi otağın” yanında isə 33 yerlik iclas salonu gözə dəyir. Açıq rəng mebel və xalçalarla döşənilən yığıncaq otağında iki böyük masa və kitabxana var. Yığıncaq salonunun arxasındakı hissədə də mətbəxdən  yemək otağına yalnız kartı olanların çıxa biləcəyi bir lift var.
Məktəbin son mərtəbəsindəki 24 yerlik 12 otaq qonaq otaqları var. Ancaq bu mərtəbədəki “1” nömrəli Gülənin otağı dogərlərindən tam fərqlənir. Digər otaqlar müasir formada dizayn edilməsinə baxmayaraq Gülənin otağı  köhnə əşyalarla bəzədilib. Köhnə məktəb işçilərinin ifadələrinə görə “1” nömrəli otaqda Fətullah Gülənə məxsus olub. Terrorist başı Gülənin ölkəni tərk etdiyi vaxta qədər müəyyən fasilələrlə məktəbə gəldiyi və burada qaldığı iddia edilir. İş masası, kürsü, divanolan bu otaqda Fətulalhın “sarıq” və “cübbəsi” nin də olduğu, ancaq dövlət çevrilişinə cəhd ərəfəsində aparıldığı təxmin edilir. Çünki təşkilata yüksək miqdarda ianə verən şəxslər üçün həmin otaq açılırmış və Fətullahın cübbəsi göstərilmiş.
FETÖ'nün okulunda esrarengiz 'mor oda' 1.resim
FETÖ'nün okulunda esrarengiz 'mor oda' 2.resim
FETÖ'nün okulunda esrarengiz 'mor oda' 4.resim
FETÖ'nün okulunda esrarengiz 'mor oda' 5.resim
FETÖ'nün okulunda esrarengiz 'mor oda' 6.resim
FETÖ'nün okulunda esrarengiz 'mor oda' 7.resim
FETÖ'nün okulunda esrarengiz 'mor oda' 8.resim
FETÖ'nün okulunda esrarengiz 'mor oda' 11.resim
FETÖ'nün okulunda esrarengiz 'mor oda' 12.resim
FETÖ'nün okulunda esrarengiz 'mor oda' 14.resim
FETÖ'nün okulunda esrarengiz 'mor oda' 15.resim
FETÖ'nün okulunda esrarengiz 'mor oda' 16.resim
FETÖ'nün okulunda esrarengiz 'mor oda' 9.resim

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın