Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Göyçay Su-Kanal İdarəsinin müdiri qumarda külli miqdarda pul uduzub

Göyçay Su-Kanal İdarəsinin müdiri qumarda külli miqdarda pul uduzub

İlqar Mütəllibov ödəməli olduğu məbləği vaxtında çatdırmaq məqsədilə Qələbədəki 150 hektarlıq torpaq sahəsini təcili satır

Bu gün Göyçay rayonunda ciddi su problemi yaşanmaqdadır. Belə ki, rayonun əksər kəndlərində içməli su təchizatı ilə bağlı acınacaqlı vəziyyətin yaşandığını iddia edən mənbənin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, bunun məsuliyyəti birbaşa Göyçay rayon Su-Kanal İdarəsinin müdiri İlqar Mütəllibovun üzərinə düşür. Bununla bağlı əldə etdiyimiz bilgilərdə qeyd olunur ki, adıçəkilən qurumun müdiri İlqar Mütəllibovun işi rayonun bütün kəndlərini içməli su ilə təmin etmək olsa da, sakinlərin içməli su ilə təchizatı onu qətiyyən maraqlandırmır: «Deyilənlərə görə, İlqar Mütəllibov Göyçay rayon Su-Kanal İdarəsini şəxsi obyekti kimi idarə edir. Məhz elə bu səbəbdən də rayon sakinləri ara-sıra adıçəkilən qurumda yaşanan neqativ hallarla bağlı müvafiq dövlət qurumlarına, eyni zamanda kütləvi informasiya vasitələrinə şikayət ünvanlayırlar». Nəzərinizə çatdıraq ki, həmin şikayətlərdən biri də bir müddət əvvəl Göyçay rayonu, Şəhriyar küçəsi, ev 10, mənzil 36-da yaşayan Məlahət Alı qızı Hacıyeva tərəfindən daxil olub. Belə ki, Göyçay rayon Su-Kanal İdarəsinin müdirini fırıldaqçılıqda ittiham edən şikayətçinin sözlərinə görə, İlqar Mütəllibov və əməkdaşları ailəsinə məxsus pulu mənimsəyib və öz qanunsuz əməllərinə don geyindirməyə çalışır: «Belə ki, yaşadığım ünvanda sayğac olmasa da içməli suya görə ailə başına pul ödəyirik. Buna görə Göyçay Su-Kanal İdarəsi həyat yoldaşımla hər il 1 illik müqavilə bağlayırdı. Həyat yoldaşım 24.07.2014-cü il tarixdə rəhmətə getdi deyə, 7 aylıq pulu ödəməmişdik. Həyat yoldaşımın rəhmətə getməsindən və vəzifə səlahiyyətlərindən sui-istifadə edən Göyçay Su-Kanal İdarəsinin müdiri qanunsuz olaraq bizə 2011-ci il üçün borc yazmışdı. Guya mərhum həyat yoldaşım 2012, 2013-cü illərin hamısının və 2014-cü ilin son altı ayının su pulunu ödəyib, ancaq 2011-ci ilin pulunu ödəməyib. Bu qanunsuzluğu Göyçay Su-Kanal İdarəsinin müdiri utanmadan etmişdir. Hansı ki, şəxsən həyat yoldaşım su pulu yığanlara ödəmişdir. Onlar tamah məqsədi ilə bu saxtakarlığı ediblər». Hələ bu, harasıdır. Bu yaxınlarda bir qrup Göyçay rayon sakini Göyçay Su-Kanal İdarəsinin müdiri İlqar Mütəllibovdan şikayətçi düşüblər. Nəzərinizə çatdıraq ki, bu barədə mətbuata yazan Teymur Qarayev, Yalçın Məmmədov, Paşa Alıyev və Azər Rəhimov qeyd edirlər ki, sözügedən idarənin müdiri rayon sakinlərini bezdirib. Onlar bildirirlər ki, İlqar Mütəllibov saxta sənədlər hazırlayaraq, şişirdilmiş qiymətlər tətbiq etməklə əhalini soymaqla məşğuldur: «Bizi yaşadığımız evlərdə su olmadığı halda, debutor borc adıyla 200 manat pul yazılıb. Halbuki evimizdə heç bir zaman su olmayıb. Çünki suya maşınla alıb, istifadə etmişik». Rayon sakinləri vurğulayırlar ki, İlqar Mütəllibovun əməlləri bununla bitmir və onun qeyri-qanuni hərəkətlərindən yüzlərlə göyçaylı əziyyət çəkir. Onlar yazırlar ki, Göyçay Su-Kanal İdarəsinin müdirinin əməlləri rayon məhkəməsinin qərarı ilə də sübut olunub: «İlqar Mütəllibov «Azəraqrartikinti» ASC-nin Göyçay şəhəri Bəhəddin Mirzəyev küçəsindəki 6,2087 ha torpaq sahəsini özbaşına zəbt edib. Həmin yeri hasara aldırıb, bağ salaraq, tikinti işləri aparıb. Bununla əlaqədar, Göyçay Məhkəməsi 03 may 2016-cı il tarixli qərarı ilə təmir-tikinti-bərpa işərinin aparılmasına cavabdeh İlqar Mütəllibovun əraziyə daxil olmasına qadağa qoyub. Buna baxmayaraq, İlqar Mütəllibov məhkəmə qərarını qəsdən icra etməyərək, həmin əraziyə gedib tikinti işlərini davam etdirir. Göyçay Məhkəməsinin icraçıları isə ondan qorxduqları üçün yaxın düşə bilmirlər və qətnaməni icra etməyə gücləri çatmır». Məsələ ilə bağlı əldə etdiyimiz digər informasiyada isə qeyd olunur ki, Göyçay Su-Kanal İdarəsinin müdiri İlqar Mütəllibov bu yaxınlarda qumarda külli miqdar pul uduzub. Bu barədə Gundelik-Baku.com-u məlumatlandarın mənbə iddia edir ki, İlqar Mütəllibov qumarda uduzduğu üçün ödəməli olduğu məbləği vaxtında çatdırmaq məqsədilə Qələbə rayonundakı 150 hektarlıq torpaq sahəsini satışa çıxarıb: «Deyilənlərə görə, Göyçay Su-Kanal İdarəsinin müdiri İlqar Mütəllibov qumarda uduzduğu məbləği ödəmək üçün ölkənin ən səfalı guşələrindən biri olan Qələbədəki 150 hektarlıq torpağını təcili satır. Maraqlıdır, görəsən o, bu boyda torpaq sahəsini necə, hansı yollarla əldə edib?..» Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Gundelik-Baku.com

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın