Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Gömrük hospitalının baş həkimi ittiham olunur – “8000 manat pulumuzu geri qaytarmaq istəmir”…

Gömrük hospitalının baş həkimi ittiham olunur – “8000 manat pulumuzu geri qaytarmaq istəmir”…

Ucar rayonu H.Əliyev küçəsi ev 67 sakini pensiyada olan ali təhsilli müəllimə Məcidova Almaz Kazım qızı tərəfindən Azinforum.az-a  şikayət ərizəsi ünvanılanıb. Narazı vətəndaş yazır:

“Uğursuz cərrahiyyə əməliyyatı ilə həyat yoldaşımın ölümünə səbəb olmuş Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalının baş həkimi Fərəc Quliyev bizdən aldadıb aldığı 8000 manat pulumuzu geri qaytarmaq istəmir.Belə ki, həyat yoladaşım 1960-cı il tarixdə anadan olmuş Əzizov Sadıq Mirbağı oğlunun beyninə qansızmaya görə 16 iyul 2012-ci il tarixdə Dövlət Gömrük Hospitalında cərrahiyə əməliyatı edilməsi üçün bizə bir dəfəyə 8000 manat pul ödətdirildi və söz verdilər ki, tam əmin olun uğurlu əməliyyat keçiriləcək, xəstəniz sağalacaq.Təxminən iki saat keçirilən cərrahiyə əmliyatının uğurlu olduğunu bizə bildirsələrdə ancaq xəstəyə baxmağa, görüşməyə icazə vermədilər, bizi tam arxayın etdilər ki, hər şey yaxşıdır xəstə ayılıb danışır narahat olmayın gedin evinizə”.

Daha sonra şikayətçi düşən Ucar sakininin müraciətində deyilir: “Üstündən 5-6 saat keçdikdən sonra zəng edib bizə bildirdilər ki, hospitala gəlin xəstənizin vəziyyəti pisləşib.Biz gəlsəkdə xəstə ilə görüşməyimizə icazə verilmədi.Səhərə yaxın bizə bildirdilər ki, xəstə dünyasını dəyişdi.Sonradan bizə məlum oldu ki, həyat yoldaşım elə cərrahiyə zamanı dünyasını dəyişib deyə bunu qəsdən bizdən gizlədib xəstə ilə görüşməyə buna görə icazə verilməyib.Bunuda ona görə ediblərki hospitalın imicinə zərər dəyməsin, həmçinin pulumuzu mənimsəmək üçün.Çünki buranın həkimləri həm səriştəsizdilər, həmdə insanları beləcə aldadıb cibini soymaqla məşğuldurlar.8000 manat pulumuzu geri özümüzə qaytarılmasını istəsəkdə baş həkim bunun mümkünsüz olduğunu deyib bizi başından etdi.Həttda biz onlardan proqrama əsasən cərrahiyə zamanı aparılan video çəkilişi istəsəkdə bunu bizə qəsdən təqdim etmədilər.Qeyd etdiyim kimi ona görə ki, xəstəmiz cərrahiyə zamanı dünyasını dəyişmişdir.Bu ağ xalatlı cəlladların Allah cəzasını verəcək.Sağalması mümkün olan xəstəmizi səriştəsizliklərinə görə öldürdülər, həm də 8000 manat pulumuzu mənimsədilər.Bu haqsızlıq və qanunsuzluqdur ki, Gömrük Komitəsinin Mərkəzi Hospitalının saxtakar və savadsız həkimləri ediblər. Sual olunur bizim xəstə günü 200 manata olan palatada qalmayıb, heç bir dava-dərman qəbul etməyib, cəmi 10 saat hospitalda olub və ən əsası həkim savadsızlığı, təcrübəsizliyi nəticəsində dünyasını cərrahiyə stolundaca dəyişibsə nəyə görə 8000 manatımızı geri qaytarmırlar. Özüm ali təhsilli ingilis dili müəlliməsiyəm, uzun illər orta məktəbdə işləmişəm,xəstəliyə görə pensiyadayam ikinci qrup əliləm.Aldığım təqaüdümlə qəpik-qəpik yığdığım pulumu savadsız həkimlər aldadıb mənimsədilər və ən əsası sağalması mümkün olan həyat yoldaşımı öldürdülər”.

Ucar sakini  yazdığı məktubunda qeyd edir: “Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirəm bizə kömək edin, bizi aldadıb 8000 manat pulumuzu alıb mənimsəmiş və savadsızlıqlarına görə sağalması mümkün olan həyat yoldaşımı öldürmüş Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalının baş həkimi barədə qanunu tədbirlər görəsiniz.8000 manat pulumuzun bu saxtakar həkimdən alınıb özümüzə qaytarılmaısnda bizə kömək etməyinizi sizdən çox-çox xahiş edirəm.Vətəndaşlara isə bir müəllimə kimi müraciət edirəm aldanıb Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalına müraciət etməyin həm pulunuzu aldadıb alacaqlar, həm də sağlamlığınız ciddi təhlükədə olacaq, xahiş edirəm diqqətli və ehtiyatlı olun”.

Qarşı tərəfi də dinləməyə hazırıq…

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın