Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Gömrük generalları həyəcan içində: generalların təftişi və saxlanması ilə bağlı yeni iddialar

Gömrük generalları həyəcan içində: generalların təftişi və saxlanması ilə bağlı yeni iddialar

Dövlət Gömrük Komitəsində çox ciddi təftişlər aparılıb. Bunun nəticəsi olaraq, bu gün bir sıra iri ranqlı gömrük məmurları, hətta generalları belə, ciddi nəzarət altında fəaliyət göstərirlər.

Bu barədə Mia.az-a daxil olan məlumata görə, gömrük generallarının arasındakı kəskin ziddiyyət bu təftişin daha rahat aparılmasına imkan verib: “Qruplar bir-birini çox rahat şəkildə hədəfə gətirməklə, hər ay aparılan milyonluq korrupsiya faktlarının demək olar ki, hər biri aşkara çıxarılıb. Elə bunun nəticədir ki, idarə rəislərindən biri, gömrük generallarından biri bu yaxınlarda 1 gün saxlanılıb. Gömrüyün 1-ci müavini Səfər Mehdiyevlə və digər yüksək vəzifəli məsul şəxslərlə konfliktə olan həmin idarə rəisi “hamisi” – nüfuzlu nazirlərdən birinin sayəsində azad olunmasına nail olub. Hələlik onun kimliyini açıqlamaq istəmirəm. Ancaq əmin olun ki, belə hadisə baş verib…”.

Məlumatlı şəxs bu ilin əvvəlində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin üç idarə rəisinin işdən çıxarılması barədə əmrinə də toxunaraq qeyd edib ki, vəzifəsini itirən Astara Gömrük İdarəsinin rəisi Ədalət Hüseynəliyev, Xaçmaz Gömrük İdarəsinin rəisi Elçin Quliyev və Biləsuvar Gömrük İdarəsinin rəisi Sahib Axundovun işdən azad olunmaları da ciddi məsələlərdən qaynaqlanıb. Hətta sizə dəqiqliklə deyə bilərəm ki, işdən çıxarılan bu rəislərdən ən azı ikisinin başı bərk “ağrıdıldı”. Hətta biri həbs edilərək, bir müddət saxlanıldı da. Qohumları isə bəlkə də 1 ay idarə rəisinin hansı qurum tərəfindən saxlanılmasını öyrənməyə çalışdılar. O zaman gömrük generallarından bir neçəsi də bərk qorxuya düşmüşdü. Ancaq qorxunun əcələ faydası yoxdur. Artıq proses onlara çatıb…”.

Mənbə iddia edir ki, gömrük generalları və onların qruplarına daxill olan vəzifəli şəxslərin dövlətin “qanını sovruması”nın artıq hesab vermə zamanı gəlib: “Onların hər biri ən ağır şəkildə qazandıqlarının hesabını verəcəklər. O yerə qədər ki, hətta onların mühasiblərinə qədər bu “sıxıntı”dan kənarda saxlanılmayacaqlar. Onların hər biri oğurladıqlarının məsuliyyətindən yaxa qurtara bilməyəcəklər…”.

Mia.az-a 1 gün saxlanılan generalın kimliyi, onun nazirlərdən birinin şirkətlərinin hesabatında nələrə yol verməsi, bir neçə il əvvəl həmin şirkətlərdə aparılan yoxlama zamanı üzə çıxan faktlar, FHN-nin iki idarə rəisi ilə birgə oyunları və sair məsələlər haqda da çox ciddi məlumatlar da verilib. Bununla bağlı geniş araşdırmamızı bir neçə günə təqdim edəcəyik.

 

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın