Ana səhifə / Gündəm / General qohumunun döydüyü aktrisa nə yazdı? – Foto

General qohumunun döydüyü aktrisa nə yazdı? – Foto

İdmançı İsa Əzizovun ötən ilin mayında “Famous” klubunda döydüyü aktrisa Diana Babayeva onun həbsinə bir cümləlik reaksiya verib.
Axar.az-ın məlumatına görə, D.Babayeva İ.Əzizovun yanacaqdoldurma məntəqəsində dava salması ucbatından tutulmasına Feysbuk səhifəsində status yazıb. Aktrisa “Çox xahiş edirəm, məndən İsa Əzizov haqda heç nə soruşmayın”, – yazıb.
Onun bu statusuna sual dolu şərhlər gəlib. Diana isə sualları cavabsız qoysa da, onun yerinə Nailə Gülizar adlı sosial şəbəkə istifadəçisi reaksiya verib: “Çünki əli qırılmışın vurduğu xanımlardan biri Diana Babayeva idi”.
Karaoke klubunda baş verən insident zamanı aktrisanın rəfiqəsi Elvina Əliyeva da döyülmüşdü. İ.Əzizovun onunla ünsiyyət qurmaqdan imtina edən qızlara qəzəblənərək, E.Əliyevanı döydüyü, sonra isə “Qalendevagen” markalı maşına qoyaraq aparmaq istədiyi iddia edilmişdi.
E.Əliyeva hadisəni belə nəql etmişdi: “Mahnı oxuyurdum, hiss edirdim ki, həmin İsa mənə baxır. Ayaqyoluna gedəndə qapını açdım və içəridə onu gördüm. Dedi ki, tanıyırsan məni? “Xeyr” cavabı verdim. Əvvəl dedi, bir məktəbdə oxumuşuq, sonra bir yerdə məşq etdiyimizi bildirərək tanış olduğumuzu mənə göstərmək istəyirdi.
Yenə də onu tanımadığımı bildirdim. Əli ilə qapını elə tutmuşdu ki, çıxa da bilmirdim. Mənə qayıtdı ki, yaxşı fikirləş. Dedim ki, qardaş, tanımıram, tanımaq da istəmirəm. Rəfiqəm gəlib məni öz yerimə apardı. Rəfiqəmə “ağıllı ol” dedi. Stolumuzda oturanda mənə yaxınlaşdı və şillə vurdu.
Durub itələdim, bundan sonra yumruq-təpik başladı. Huşumu itirmişəm və məni salondan çıxararaq ayaqyolunun qabağına atıblar. Yanımızda oğlan vardı, o da İsa Əzizova nəsə deyəndə gözlənilməz zərbə aldı. İsa onu bir zərbə ilə yerə yıxıb təpikləməyə başladı. Diana gəlib, tualetin qarşısında ağız-burnumu qan içində görüb”.
O zaman idmançının barəsində xuliqanlıq (221-ci) maddəsi ilə cinayət işi başlanmışdı. Bir çox tanınmış simalara prodüserlik etmiş “Komedi” klubun üzvü Diana bəzi şou tamaşalarda iştirak edib.
Xatırladaq ki, yanvarın 25-nə keçən gecə ”Azpetrol”un Tiflis prospektindəki yanacaqdoldurma məntəqəsində dava olub. İ.Əzizov və onunla birgə olan dostu mühafizəçi Sadiq Bağırov və yanacaqdoldurma işçilərini döyüb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlayıb. İ.Əzizov və idmançı dostu Mahir İsgəndərov saxlanıblar.
Millət vəkili Adil Əliyev “Report”a İ.Əzizovun onların qohumu olduğunu təsdiqləyib. A.Əliyev Prezidentin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyevin qardaşıdır.

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın