Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Gəncəyə yeni icra başçısı təyin edildi

Gəncəyə yeni icra başçısı təyin edildi

Prezident İlham Əliyev in sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinə yeni icra başçısı təyin olunub. 

“Qafqazinfo” xəbər verir ki, sərancama görə, Niyazi Müzəffər oğlu Bayramov bu vəzifəni tutub.

Prezidentin digər sərəncamı ilə Niyazi Müzəffər oğlu Bayramov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, Niyazi Bayramov 1956-cı ildə Bakı şəhərində anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib, ixtisasca hüquqşünasdır. 2012-ci ildə Mingəçevir Şəhər İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilib.

Qarabağ müharibəsi iştirakçısıdır, polkovnikdir.

Ailəlidir, 2 övladı var.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …