Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Gündəm / “Füzuli Məmmədov Ramil Səfərovun müdafiəsinə 2 milyon dollar ayıracağını vəd etdi, amma…”

“Füzuli Məmmədov Ramil Səfərovun müdafiəsinə 2 milyon dollar ayıracağını vəd etdi, amma…”

Ramil Səfərovun müdafiəsi ilə bağlı proseslərdə indiyə qədər yayılmayan informasiyaları sosial şəbəkə istifadəçiləri ilə paylaşan vəkil Adil İsmayılov daha bir maraqlı məqama toxunub. 

Belə ki, vəkil bu işlə əlaqədar  hansısa iş adamından pul alınması barədə yayılan xəbərlərə münasibət bildirib və adı o zamanlar bildirilməyən iş adamının kimliyini açıqlayıb: 

“Qulağıma müxtəlif söhbətlər çatırdı ki, guya kimlərsə Səfərovun müdafiəsinə külli miqdarda pullar xərcləyib, əgər həqiqətən belə bir şey varsa, bunun mənə heç bir aidiyyəti yoxdur və ola bilməz. Səfərovun məhkəməsi gedən dövrdə bir gün Ramilin atası zəng etdi ki, Moskvada yaşayan Frenk Elkaponi (Füzuli Məmmədov- red.) Bakıdadır, “Hyatt Recensi” mehmanxanasında qalır, Ramilin işinə kömək etmək məqsədilə mənimlə görüşmək istəyir. Mən onun israrlı xahişindən sonra razılaşdım və biz mehmanxanaya gəldik. Frenk müəllim bizi mehmanxananın 7-ci mərtəbəsində qarşıladı, dedi ki, bu mərtəbənin tamamını icarəyə götürüb. İş barəsində ona məlumat verəndən sonra Frenk müəllim bu işə iki milyon dollar pul ayırmağa hazır olduğunu, Rusiyanın ən yaxşı vəkillərini çəlb edəcəyini vəd etdi. Bundan sonra mən nə Elkaponini , nə də onun vəkillərini gördüm …” 

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …