Ana səhifə / Gündəm / Fransalı cərrah Xankəndində erməniləri pulsuz əməliyyat edir – XİN-in “qara siyahı”sı üçün…

Fransalı cərrah Xankəndində erməniləri pulsuz əməliyyat edir – XİN-in “qara siyahı”sı üçün…

“Aymed” tibb təşkilatının ortoped-cərrahı olan erməni əsilli həkim Mkrtıç Karapetyan artıq 6-cı dəfədir ki,  Fransadan  işğal altındakı Azərbaycan torpaqlarına səfər edir.
Azinforum.az – ın “Artsaxpress”ə istinadla verdiyi xəbərə görə, Fransa vətəndaşı olan cərrah hər gəlişində olduğu kimi, bu dəfə də Xankəndindəki “Respublika tibb mərkəzi”ndə ermənilər üçün pulsuz qəbul, məsləhət və cərrahi əməliyyatlar təşkil edib.
Fransalı həkim jurnalistlərə bildirib ki, buraya öz həmkarlarını travmatologiya sahəsindəki son yeniliklərlə tanış etmək və təcrübəsi ilə bölüşmək üçün gəlib.
P.S. Görəsən, Azərbaycan Xarici İşlər Nazirliyi bu əcnəbi həkimi də öz “qara siyahı”sına salıbmı? Və o, həmin siyahıda neçəncidir?

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın