Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / FloorEx” şirkətinin alışı, satışı, müştəriyə “atışı”

FloorEx” şirkətinin alışı, satışı, müştəriyə “atışı”

Şirkətin mağazası öz satdığı məmulatın istifadə olunmayan, artıq qalan hissəsinə niyə yiyə durmur?

Hər gün redaksiyamıza dövlət strukturu və müəssisələrindən, eləcə də özəl kommersiya qurumlarından şikayətçi olanlar müraciət edir. Biz imkan daxilində onların şikayətlərini dinləyir, üzləşdikləri haqsızlıqla bağlı müraciətlərinin lazımi ünvana çatmasına çalışır, problemlərinin həlli üçün əlimizdən gələni edirik. 
İşə baxın ki, neçə vaxtdır ki, öz kollektivimizin üzvlərindən biri özəl kommersiya müəssisəsinin kaprizi nəticəsində haqsızlıqla üzləşərək, ziyana düşüb, amma biz bunu ictimailəşdirmək istəmirdik. Hesab edirdik ki, problem salam-səfayla, qarşılıqlı anlaşma yoluyla həllini tapacaq. Ancaq olmadı. “FloorEx” şirkəti höcətlik göstərərək öz mövqeyində israr göstərdi və biz sona qədər “aləmi bəzər, özü lüt gəzər” mövqeyindən çıxış etmək istəmədik, fikirləşdik ki, öz kollektivimizin üzvünün də şikayətini işıqlandıraq.
Məsələ belədir:  əməkdaşımız bir neçə ay öncə müştəri qismində “FloorEx” şirkətinin satış məntəqəsindən “KAINDL”  və “VİTALİTY”  firmalarına məxsus cəmisi 300 kv.m. laminat döşəmə materialı alıb.
O, həmin materialların pulunu tam şəkildə nağd olaraq ödəyib, lakin dərhal istifadə edə bilmədiyindən materialın müvəqqəti olaraq şirkətə məxsus anbarda saxlanmasını xahiş edib. Əməkdaşımızın bildirdiyinə görə, bir müddətdən sonra mağazadan zəng edərək anbarın başqa yerə köçürülməsini əsas gətirərək materialın götürülməsi istəyiblər. Əməkdaşımız materialı həmin an istifadə etməyəcəyinə baxmayaq, götürməyə məcbur olub. Material istifadə olunduqdan sonra isə məlum olub ki, 60 kv.m. artıq qalıb. Müştəri artıq qalan materialı qablaşdırılması açılmamış vəziyyətdə geri qaytarmaq istəyib, lakin şirkət tərəfindən rədd cavabı alıb.
Şirkətdən deyiblər ki, mal alındıqdan 1 (bir) ay müddət ötdükdən sonra qaytarıla bilməz. Qaytarılsa da yalnız dəyərinin 50 faizi geri qaytarılacaq.
İndi əməkdaşımız hüquqlarının pozulduğunu bildirir. Onun sözlərinə görə, “FloorEx” MMC artıq qalan məməmulatı qanuna müvafiq surətdə alındığı qiymətlərlə hesablayaraq geri qaytarmalı idi. Xüsusən də ona görə ki, materialın satış qiyməti devalivasiyadan əvvəl 28 manat olduğu halda, hazırda 45 manata təklif olunur.  Əməkdaşımız isə onu elə köhnə qiyməti ilə öz sahibinə təklif edir.
Adı çəkilən şirkətin “KAINDL”  və “VİTALİTY ” laminat məhsularını geri almaqdan imtina etməsi göstərir ki, şirkət əslində həmin məmulatı alıcılara  maya dəyərindən olduqca baha, süni qiymət artımına yol verərək satır ki, hazırda 45 manata təklif etdiyi materialı 28 manatdan belə almaq istəmir.
Əks təqdirdə saxlanma müddəti məhdud olmayan və adı geri qaytarılması mümkün olmayan mallar siyahısında keçməyən, qablaşdırılması pozulmayan materialın ucuz qiymətə geri qaytarılmaması məntiqli deyil, hətta absurddur. Xatırlatmaq yerinə düşər ki, bir müddət əvvəl  “Avis” apteklər şəbəkəsinin rəhbəri süni qiymət artımına görə hadisə başında yaxalanmış və məsuliyyətə cəlb edilmişdir.
Bu, FloorEx” MMC-nin ölkə rəhbərliyi tərəfində süni qiymət artımının qarşısının alınması tələblərinin pozulması, həmçinin istehlakçı hüquqlarının tapdanması deməkdir.
musavat.com

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın