Ana səhifə / Gündəm / FHN şefinə qarşı MALİYYƏ XƏYANƏTİ – Tapdıq Əmiraslanov kimə güvənir?

FHN şefinə qarşı MALİYYƏ XƏYANƏTİ – Tapdıq Əmiraslanov kimə güvənir?

Son illər ölkənin bir sıra aparcı özəl şirkətləri qeyri-neft sektorunun inkişaf etdrilməsi layihələrində iştirak edirlər. Xüsusən də aqrar sektorun inkişafı üçün dövlət dəstəyi ilə özəl şirkətlər kənd təsərrüftı sahələrinə sərmayələr qoyurlar. Lakin çox təəssüf ki, dövlət qurumlarında çalışan məmurlar kimi özəl sektorda çalışan bəzi yerli nümayəndələr ciddi maliyyə maxinasiyalarına yol verirlər. Və demək olar ki, artıq bu hal kütləvi xarakter almaqdadır.
Ölkəmizdə kənd təsrrüfatına sərmayə yatıran şirkətlərdən biridə “Gilan Holdinq” şirkətidir. Yüzlərlə şirkəti özündə birləşdirən “Gilan Holdinq”in isə Fövqalədə Hallar Naziri Kamaləddin Heydərova məxsus olması hər kəsə bəllidir. O da bəllidir ki, Kəmaləddin Heydərov bir sıra qeyri neft sektornunun inkişafında aparcı rol aldığı kimi, aqrara sektorun da inkişafında aparcı rol oynayır. Hazırda “Gilan Holdinq” Azərbaycanın aqrar sektorunun inkişafında rolu böyükdür və bu danılmazdır. Qeyd edək ki, son illər “Gilahn Holdinq” şirkətlər qrupu ölkənin bir çox rayonlarında torpaq sahələri icarəyə götürərək müxtəlif kənd təəsrrüfatı məhsullarının becərilməsi ilə məşğul olur və hazırda məhz “Gilahn Holdinq” daxili bazarın kənd təsərrüfatı malları ilə təmin olunmasında ciddi şəkildə iştirak edir. Və təbbi ki, bu alqışlanmalıdır. Lakin son zamanlar məhz “Gilan Holdinq”in rayonlarda yerləşən innovasiya mərkəzlərində böyük mənimsəmələrin olması ilə bağlı faktlar mövcuddur.
Bu barədə AzFakt.com-a daxil olan məlumata görə hazırda “Gilan Holdinq”ə bağlı şirkətlər tərəfindən bir çox rayonlarda, o cümlədən Samux, Beyləqan, Biləsuvar, İmişli rayonlarında kənd təsərrüfatı məhsullarının becəriliməsi adı altında çox ciddi maliyyə maxinasiyaları baş verir və şirkətin rayon innovasiya mərkəzlərinin rəhbərləri Gilan Holdinq”in vəsaitlərindən ciddi mənimsəmələrə yol verirlər. Məsələ ilə bağlı saytımızı bilgiləndirən məlumatlı şəxs iddia edir ki, rayonlarda camaat arasında innovasiya idarəsi kimi tanınan bu qurumların rəhbərləri öz patronlarına kələk gəlməklə məşğuldurlar.
Misal üçün məlumatlı mənbə bildirir ki, holdinqin tərkibində 2014-cü ildə Ağdaş rayonunda fəaliyyətə başlayan Gilan yem emalı zavodu üçün Samux, Beyləqan, Biləsuvar rayonlarında əkilən taxıl, arpa, qarğıdalı, günəbaxan və soya bitkilərin becərilməsi zamanı cavabdeh şəxslər böyük miqdarda vəsaitləri mənimsəyirlər. Belə ki, bitkilərin becərilməsi prosesində torpağın şumlanması, arat suyunun veriləmsi, həmçinin əkin və məhsulun becərilməsi zamanı görülən texniki işlər, o cümlədən bitkilərin məhsuldarlığının artırılması üçün lazım olan gübrələrin və bəzi dərman peraparatlarının qiymətləri şişirdilir. Bundan başqa sənədlərdə torpaqların iki dəvə şumlanması göstərildiyi halda bir dəfə şumlanır, ikinci şumun pulu isə sadəcə mənimsənilir. Həmçinin sənədlərdə əkin sahələrinin 3-4 dəfə suvarıldığı göstərilsə də, cəmi 1-2 dəfə suvarılır. Əkin sahələrinə verilən gübrə və dərman pereparatlarının ancaq bir qismi əkin sahələrinə verilir və böyük qismi isə bazarda satılır və əldə olunan vəsaitlər mənimsənilir.
Mənbə bildirir ki. Bütün bu maliyyə maxinasiyaları, yəni şirkətin vəsaitlərinin yerli nümayndələr tərəfindən kütləvi şəkildə mənimsənilməsi mərkəzləşdirilmiş şəkildə həyata keçirilir. İddiaya görə qeyd edilən hər üç rayonda fəaliyyət göstərən innovasiya mərkəzlərinə nəzarət edən şəxslərdə bu işin içindədirlər. Yəni mənimsəmələrə ortaqdırlar.
Məsələ ilə bağlı adının açıqlanmasını istəməyən ekspertlərdən birinin fikrincə “Gilan Holdinq”in rayonlarda taxıl, arpa, qarğıdalı, günəbaxan və soya bitkilərinin becərilməsi ilə məşğul olan şirkətlərində baş verən maliyyə maxinasiyaları o qədərdə yuxarı pillədə deyil. Yəni bu baş verənlərdən şirkətin rəhbərliyinin və o cümlədən Kamaləddin Heydərovun və yaxın ətrafının xəbəri yoxdur. Çünki nə Kəmaləddin Heydərov, nə də ona yaxın olan şəxslər, o cümlədən “Gilan Holdinq”in rəhbərliyinin öz pullarını mənimsəmələri bir az gülünc görünür və bu məntiqə sığmır. Hər halda “Gilan Holdinq”in rəhbərliyi daha çox məhsul əldə edib, həmin məhsulları bazara çıxaarıb daha çox qazanmaqda maraqlıdırlar. Lakin yol verilən maliyyə maxinasiyaları birbaşa məhsuldarlığın dəfələrlə aşağı düşməsinə səbəb olur. Bu kimi maliyyə maxinasiyalarını həyata keçirənlər təbii ki, şirkətin orta səviyyədə çalışan rəhbərliydir. Lakin onlara nəzarət edən şəxsin bu maxinasiyalardan xəbərsiz olması imkansızdır. Yəni nəzarət edən şəxs maxinasiyalara ortaq olur.
Apardığımız kiçik bir araşdırmada məlum oldu ki, “Gilan Holdinq “şirkətlər qrupunun kənd təsərrüfatı sahələrinə nəzarəti FHN nazirinin müavini Tapdıq Əmiraslanov nəzarət edir. Qeyd edək ki, Tapdıq Əmiraslanov Azərbaycan Tibb Universitetinin keçmiş rektoru, Milli Məclisin deputatı Əhliman Əmiraslanovun oğludur. ABŞ Hyuston və St. Thomas Universitetlərinin məzunu olan Tapdıq Əmiraslanov həmdə iqtisad elmləri namizədidir.
Maraqlıdır ki, Tapdıq Əmiraslanovun nəzarəti altında olan sahədə baş verən ciddi maliyyə maxinasiyalarından xəbəri varmı? Yəni Tapdıq Əmiraslanov Kəmaləddin Heydərovun cibinə birbaşa girən şəxslərlə əlbirdimi, yoxsa baş verənlər onun məlumatı xaricindədir. Əgər Tapdıq Əmiraslanovun baş verənlərdən xəbəri yoxdursa, onda bu o demək olur ki, Tapdıq Əmiraslanov ona tapşırılan vəzifənin öhdəsindən gəlmir…
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
AzFakt.com

FHN şefinə qarşı MALİYYƏ XƏYANƏTİ

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın