Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / FETO-nun İslam Konfransı Gənclər Forumundakı adami müəyyən oldu – İDDİA

FETO-nun İslam Konfransı Gənclər Forumundakı adami müəyyən oldu – İDDİA

Son günlər Azərbaycanda “nurçu” və “Fətullahçı” məsələləri gündəmdədir. Türkiyə prezidenti Ərdoğanın son çıxışlarının birində də dediyi ki, kimin kimdən xoşu gəlmirsə, ona “FETÖ” ittihamı atır, “at izi qarışıb it izinə”.

Məhz buna görə də müxtəlif vəzifəli şəxslərin nurçu ittihamı ilə mətbuatda “vurulmasına” indi dah çox rast gəlirik. DİA.az-ın məlumatlı mənbəsinin vedriyi ilginc məlumata görə, Elşad İskəndərova qarşı son günlər anonim ünvandan internet saytlarına göndrilən “ifşa” xarakterli məlumatların səbəbi bir muddət FETO ilə baglantılı olan, Turkiyə Universitelərindən birinin məzunu, FETO tərəfindən təşkilatın Bakı ofisinə yeridilən kadrın ifşa olunmasıdır.

Mənbənn bildirdiyinə görə 2013–cü ildə FETÖ tərəfindən “ilahiyyatçı” adı ilə təşkilatın Baki ofisinə bir şəxs yeridilmişdir.
Lakin 2014-cü ildə əməkdaşların təkrar yoxlanması zamanı bu “siçovul” Bakı ofisinin rəhbərliyində şübhələr doğurub və onun haqqında araşdırma başlanıb . Məlum olub ki, aranı qarışdırmaq üçün həmin şəxs elə o müddətdə mətbuata Elşad İskəndərovun nurçuluqla bağlı olması haqqında qondarma məlumatlar göndərməyə başlayıb. Elşad İskəndərovun vəzifədən getməsilə bu məlumatların bir müddət yavaşlamasına baxmayaraq, həmin əməkdaş haqqında davam etmiş araşdırmada aşağıdakı hallar məlum olub:

a) Onun tədbirlərdə iştirak ucun namizəd kimi təklif etdiyi şəxslərin hamısı FETO məktbələri ilə bagli imiş.
b) Məlum olub ki, ofis rəhbərliyni aldadarag qurumun Somali üçün nəzərdə tutulan yardımlarının bir qismini FETÖ-ya bağlı dərnəyə koçürüb.
c) Bundan başqa həmin “siçovul” tərəfindən 2014-cü ildə ümumi miqdarı 5000 ABŞ dolları həcmində oğurluq etdiyi məlum olmuşdur.

Bununla əlaqədar təşkilatın onun haqqında cinayət işinin başladılması üçün hüquq mühafizə orqanlarına da muraciət edilməsi nəzərdə tutulmuşdu.

Qarşısına qoyulan faktları özü ilə söhbət zamanı da etiraf edərək bağışlanmasını istəsə də Baki ofisi rəhbərliyi onu işdən uzaqlaşdırıb və daha dərin araşdırma aparacağını bildirib. Lakin maddi ziyani bərpa edəcəyini söz verdikdən sonra cinayət işi ilə bağlı rəsmi müraciət edilməyib.

Bu hadisələrdən sonra Türkiyəyə qaçaraq ora sığınmış həmin “siçovul”, bir müddətdən sonra İslam Konfransı Gənclər Forumunun rəhbərliyinə müraciət edərək, onları şantaj etməyə başlamış, İKGF ünvanına saxtalaşdırdığı sənədlərlə guya təşkilatın FETÖ ilə bağlantıları olduğu haqda mətbuata məlumat ötürəcəyini bildirib. Bunu etməmək müqabilində haqqında araşdırmaların saxlanması və əvvəlki işinə bərpa edilməsini tələb edib. Qaytarılmasa İKGF ve onun sədri haqqında mətbuata böhtanlar yazacağını bildirib, mətbuatda olan “dostları” ilə təhdid edib.

Bu şantajı FETÖ tərəfindən İKGF-ni kritik bir dönəmdə – 2014-cü il İKGF sədri seçkiləri ərəfəsində ələ almaq cəhdi kimi qiymətləndirən İKGF rəhbərliyi şantaja uymayaraq, həmin əməkdaşa öz əməllərindən əl çəkməyəcəyi təqdirdə Türkiyənin hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilib.

15 iyul çevriliş cəhdindən sonra Bakıya qaçan və bir müddət susan FETÖ “siçovulu”, FETÖ-nun “iz azdırma” taktikasına uyğun olaraq aldığı təlimata əsasən, ofisdən oğurladığı sənədlərin nümunələrini fotoşopda saxtalaşdıraraq, Elşad İskəndərov və qurumdan qisas almaq niyyətilə naməlum ünvandan Azərbaycan mətbuatına göndərməyə başlayır. Bu dəfə isə bir qədər fərqli taktika seçilir – beynəlxalq səviyyədə FETÖ-nun ifşası ilə bağlı kampaniya keçirən İKGF-yə “gülənçi” böhtanı tam yapışmadığı üçün, burada maliyyə fırıldaqları olması haqda saxta məlumatlar ötürmək, sonradan isə bunu Türkiyə mətbuatında turajlamaq.

Mənbənin bildirdiyinə görə həmin şəxs hələ də illeqal yollarla Türkiyədə gizlənir. İKGF-də isə onun qeyri-qanuni əməlləri, o cümlədən şantaj xarakterli mesaj və yazılı ifadələrini əhatə edən materiallar toplanaraq, haqqında cinayət içinin açılması üçün hüquq mühafizə orqanlarına müraciət olunub. Mənbənin eyni zamanda bildirdiyinə görə, Türkiyə hüquq mühafizə orqanları tərəfindən, artıq bu “siçovulun” FETÖ ilə bağlantıları təsbit olunub və hazırda axtarışı gedir. Hətta həmin şəxsin İKGF-də çalışarkən istifadə etdiyi kompyuterin yaddaşında olan, onun ilginc bağlantıları, digər çirkin əməlləri bağlı sübutlar da aşkar edilərək götürülüb.

Mənbə bizə bu əməkdaşın kimliyini açıqlasa da, Azərbaycanda qohumları oldğunu nəzərə alaraq, İKGF tərəfindən rəsmi münasibət alınanadək hələlik adını bildirmirik.

Eyni zamanda, həmin FETÖ “siçovulu”nun Türkiyədə hansı cinayətlər törətdiyi, ləğv edilmiş MTN-nin hazırda cinayət məsuliyyəinə cəlb edilmiş əməkdaşları ilə hansı əlaqələrinin olması haqda mənbə tərəfindən redaksiyaya bildirilsə də, bunu araşdırırıq və sonradan açıqlayacağıq.

dia.az

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın