Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Gündəm / FAZİL MƏMMƏDOV MÜŞAVİRİNİ OĞURLUQ MAŞIN BİZNESİNƏ GÖRƏ QOVDU? – İDDİA

FAZİL MƏMMƏDOV MÜŞAVİRİNİ OĞURLUQ MAŞIN BİZNESİNƏ GÖRƏ QOVDU? – İDDİA

“Müsavər Nəbiyev nazirlərdən birinə oğurluq maşın və hətta oğurluq qayıq da satıb”

Bu gün vergilər naziri Fazil Məmmədovun 5 idarə rəisini işdən azad etməsi və müşavirlərin sayını azaltması cəmiyyətdə ciddi rezonansa səbəb olub. Asəf Əsədov, Akif Musayev, Mahir Rəfiyev, Asif Cahangirov, Rəhim Əfəndiyev, Namiq Quliyev, Müşavər Nəbiyev vergilər nazirinin müşaviri vəzifəsindən azad olunublar. Bundan başqa, Taryel Aydın oğlu Quliyev vergilər nazirinin yeni müşaviri təyin olunub. Bu təyinata qədər T. Quliyev Vergilər Nazirliyi Daxili təhlükəsizlik Baş idarəsinin rəisi vəzifəsini icra edib. Qeyd edək ki, kadr dəyişikliyinə qədər nazirin 13 müşaviri olub. Hazırda onların sayı 7-yə endirilib. (APA) Bu şəxslərin hansı səbəblə işdən çıxarılması çoxuna məlum deyil. Bu barədə müxtəlif iddialar da sosial şəbəkələrdə yer alır.

Adıkeçən şəxslərdən Müsavər Nəbiyevlə bağlı Qafqaznews.az-a daxil olan bəzi məlumatlar bu şəxsin “həyat və yaradıcılığını” araşdırmağa vadar etdi. Müşavir vəzifəsindən azad olunan bəzi şəxslərin başqa yerə təyinat aldığı bildirilsə də, Müsavər Nəbiyevin taleyi hələ qaranlıq qalır. Müsavər Nəbiyev müşavir vəzifəsinə keçən ilin noyabrında təyin olunmuşdu. Bundan əvvəl isə M.Nəbiyev nazirlikdə Vergi auditi baş idarəsinin rəisi işləyib. Onun haqqında “Yeni Müsavat” qəzetinin saytında (musavat.com) 2012-ci ildə 18 yanvar 2012-ci ildə dərc olunan “Fazil Məmmədovun adından müdhiş korrupsiya” başlıqlı yazıda bu cümlələr diqqəti cəlb edir: “Adının çəkilməsini özlərinin təhlükəsizliyi baxımından riskli sayan sahibkarlar deyirlər ki, hər ilin sonunda Vergilər Nazirliyinin auditorları onlardan “təzminat” yığırlar.

Prosesə departamentin rəisi Habil Məmmədov şəxsən nəzarət edir. Auditorlar ilin sonunda hər bir orta və iri müəssisədən illik dövriyyənin 10-12 faizini tələb edirlər”. Mənbə deyir ki, auditorlar obyekt haqda öncədən məlumatlı olurlar: “Onlar real dövriyyə barədə yetərincə məlumatlı olurlar. Bu səbəbdən də hansısa bazarlığa yer qalmır. Ən yaxşı halda 1-2 faiz güzəştdən söhbət gedə bilər. Onlar açıq şəkildə bəyan edirlər ki, şikayətin heç bir faydası olmayacaq”. Ən maraqlı məqam isə qanunla işləməyə üstünlük verən müəssisələrlə bağlıdır: “Qanunla müəyyən edilmiş qaydada vergilərini ödəyən, əməkhaqqı fondunu gizlətməyən, işçilərinin hər biri ilə əmək müqaviləsi bağlayan müəssisələrə də heç bir güzəşt edilmir.

Ən çox ziyanı da həmin müəssisələr çəkir. Onların qara mühasibatlıqdan istifadə etmədiyinə görə dövriyyələri yüksək olur. Auditorlar isə onlara yalnız bunu ”güzəşt” edirlər ki, imkan daxilində qara mühasibatlıqdan istifadə etsinlər. Çünki istənilən halda “təzminatı” ödəmək lazım gələcək”. Sahibkarlar deyir ki, Vergilər Nazirliyində auditlə bağlı iki struktur fəaliyyət göstərir: “Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti və Vergilər Nazirliyinin Vergi Auditi Baş İdarəsi. Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin auditorları orta və iri müəssislərdə ”təzminat”ın yığılmasına məsuldur, nazirliyin Vergi Auditi Baş İdarəsinin auditorları (rəisi Müsavər Nəbiyev – red.) isə kiçik müəssisələrdə “yığımlara” cavabdehdirlər”. İndi isə keçək Müsavər Nəbiyev barədə əldə etdiyimiz yeni məlumatlara…

Mənbənin Qafqaznews.az-a bildirdiyinə görə, M.Nəbiyevin azad olunmasına əsas səbəb onun maşın oğruları ilə əlaqəsi və oğurlanmış maşın ticarəti ilə məşğul olması olub. Məlumat verən mənbə qeyd edir ki, sabiq müşavir nazirlərdən birinə şəxsən (!) oğurlanmış maşın və hətta oğurluq qayıq da satıb. Məlumatda vurğulanır ki, oğurlanmış maşınların alverindən külli miqdarda sərvət toplayan M.Nəbiyev öz vəzifəsindən və əlaqələrindən sui-istifadə edərək, məsuliyyətdən yayınmağı bacarıb. Ondan prezidentə də şikayət ediblər.

“Bakıelektrikşəbəkə” ASC-nin Satışı Departamentinin direktoru Qara Nəbiyev və Təhsil Nazirliyində mötəbər vəzifə tutan Fikrət Nəbiyev onun qardaşlarıdır. Qara Nəbiyevin adı mətbuatda da az hallanmır”. 2012-ci il sentyabrın 16-da “Musavat.com” saytında dərc olunan məqalədə vurğulanır ki, “Bakıelektrikşəbəkə” ASC-nin sədri Baba Rzayevlə qurumun Enerji Satışı Departamentinin direktoru Qara Nəbiyev arasında iclas zamanı böyük konflikt baş verib. “…. Həmin iclasda iştirak edən müəssisənin işçisi qeyd edib ki, baş verən mübahisədən sonra Q.Nəbiyev bir daha iclaslara qatılmır.

O, vəzifəsində qalsa da B.Rzayevin iclaslarını boykot edib, onunla üzbəüz gəlmək istəmir. Mənbə bildirib ki, onların arasında çoxdan başlanan bu münaqişənin belə nəticələnəcəyi gözlənilən idi. Çünki Baba Rzayev Qara Nəbiyevi “qaralamışdı”, onu sıxışdırırdı və işləməyə imkan vermirdi. Məqsədi Q.Nəbiyevi postundan uzaqlaşdırmaqla yerinə öz adamını gətirmək olub.

Ancaq departament direktorunun iclasda hamının qarşısında gözlənilmədən ASC sədrinə cavab qaytarması təəccübə səbəb olub. Qaynağımız iddia edir ki, qurumda çalışanların əksəriyyəti Q.Nəbiyevin yanındadır və onu haqlı sayırlar. Elə hesab olunur ki, o, öz vəzifəsini lazımi səviyyədə yerinə yetirir və bütün təqsirlər B.Rzayevin boynundadır. İclasdan sonra isə tərəflər arasında dialoqun olub-olmadığı məlum deyil. Mənbənin sözlərinə görə, Nəbiyevin iclasda mübahisə etməsi, konkret faktlar əsasında danışması və daha sonra tədbiri tərk etməsi Rzayevi möhkəm qəzəbləndirib.

ASC sədri hazırda bütün resurslarını səfərbər edərək onu işdən çıxarmağa çalışır” . Mənbə vurğulayır ki, son proseslər 3 qardaşın taleyini “labirint”ə salıb: “Hazırda onların taleyi sual altındadır. Çox güman ki, yaxın günlərdə Qara və Fikrət Nəbiyevlərin də işsiz qalmasının şahidi olacağıq”. Mövzunu diqqətdə saxlayırıq. Bizi izləyin.Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. “Qafqaznews.az”

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın