Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Ermənistana keçən azərbaycanlı qadının kimliyi bilindi

Ermənistana keçən azərbaycanlı qadının kimliyi bilindi

İyunun 7-də Ermənistan Respublikasına keçdiyi bildirilən Azərbaycan vətəndaşının şəxsiyyəti müəyyənləşdirilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, aidiyyəti beynəlxalq təşkilatlar və dövlət qurumları ilə birlikdə aparılan araşdırma nəticəsində məlum olub ki, həmin qadın Gədəbəy rayonu, Arabacı kənd sakini, 1977-ci il təvəllüdlü Ələkbərova Qətibə İbrahim qızıdır.

Araşdırma nəticəsində Ələkbərova Qətibə İbrahim qızının Qazax rayonlararası ruhi xəstəxanasında dispanser qeydiyyatında olduğu müəyyən edilib.

“Hazırda Dövlət Komissiyası tərəfindən Ələkbərova Qətibə İbrahim qızının azad edilməsi istiqamətində tədbirlər görülür. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək” – deyə Komissiyanın məlumatında qeyd olunur.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın