Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Ermənilər Türkiyənin bu ərazilərini “işğal etdi” – ŞOK FOTOLAR

Ermənilər Türkiyənin bu ərazilərini “işğal etdi” – ŞOK FOTOLAR

Türkiyədə PKK-nı dəstəkləyən HDP erməniləşmə siyasətini aparır.
Son dövrlər HDP-dən olan bələdiyyə sədrlərinin küçələrə erməni adlarını verməsi kütləvi hal alıb.
Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksel Gülbek Diyabəkir bölgəsindəki xalqın HDP-nin bu addımına şübhə ilə yanaşdığını deyib: “HDP bələdiyyələrin küçələrə kürdlərin adlarının verilməsi əvəzinə, erməni adlarını verməsi bölgə xalqında HDP-nin ermənilərə xidmət etməsi ilə bağlı suallar yaradır. MHP-nin Kayseridən olan millət vəkili bir neçə il öncə PKK-a tərkibində olan və kürd olduğu deyilən döyüşçülərin əslində erməni əsilli olduğunu rəsmi sənədlərlə açıqlamışdı”.
Onun sözlərinə görə, bəzi HDP bələdiyyələrinin yerinə qəyyumlar təyin olunsa da, bələdiyyə binasından asılan erməni dilindəki lövhələr götürülməyib.
“Götürülənlər də yenidən asılıb. Halbuki, Türkiyədə rəsmi dil türk dilidir və rəsmi adlarda başqa dildən istifadə yolverilməzdir. Daxili İşlər Nazirliyi bu məsələni diqqətdə saxlamalıdır”, – deyə o bildirib.(Publika.az)

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın