Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Erməni qızlar Azərbaycan üçün casusluq edib – İttiham

Erməni qızlar Azərbaycan üçün casusluq edib – İttiham

Ermənistanda iki qız guya Azərbaycanın xeyrinə casusluq barədə məlumatı gizlətməkdə ittiham olunur. Təqsirli bilinən 18 yaşlı Diana Qoroyan ittihamı rədd edib.

“ Azinforum.az ” virtual.org-a istinadən xəbər verir ki, “Ermənistan xəbərləri”nə bu barədə qızın vəkili Liana Qasparyan məlumat verib. “Müdafiə etdiyim şəxsdə belə bir məlumat olmayıb və cinayət işində onun müqəssir olduğunu sübuta yetirən fakt yoxdur”, – deyə vəkil bildirib.

Diana Qoroyana qarşı ittiham irəli sürülən zaman onun 17 yaşı var idi. Məhkəmənin iş üzrə birinci iclası yanvarın 25-də İrəvanda keçiriləcək. Prosesin qapalı keçiriləcəyi istisna edilmir.

Diana Qoroyan əmisi qızı Karine Qumaşyanın guya Azərbaycan xüsusi xidmət orqanlarının nümayəndəsi olan Armanla tanışlığından xəbəri olmasında ittiham edilir. Qız bunun dövlətə xəyanət olduğunu bilərək gizlətdiyi və hüquq-mühafizə orqanlarına xəbər vermədiyi üçün günahkar bilinir.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın