Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Erməni milyarder Samvel Karapetyanın yaxtası Bodrumda – FOTOLAR

Erməni milyarder Samvel Karapetyanın yaxtası Bodrumda – FOTOLAR

120 milyon dollarlıq yaxtanın gözqamaşdıran fotoları

Türkiyənin Bodrum şəhərinə gələn və üzərində helikopteri də olan iki super lüks yaxta 9 tanker yanacaqla təmin edilib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 120 milyon dollar dəyəri olan, “Ace” adı verilən super lüks yaxtanın yanında saxlanan 67 metr uzunluğundakı gəmi isə onun tədarükçüsüdür.

Səhər saatlarında Bodruma gələn yaxtanın içərisində 20-yə qədər lüks kabini, eləcə də bir sürət qayığı və helikopteri üçün eniş məkanı var. Super lüks yaxtaya dəstək məqsədilə gəldiyi bilinən “Garçon” adlı gəmi də sahildə saxlanılıb. Yaxtanın yanacaqla təmin edilməsi saatlarla davam edib və bunun ardınca tankerlər növbə ilə gömrük sahəsindən ayrılıb. Bu proses zamanı yaxtanın içərisində də təmizlik şirkəti işçiləri tərəfindən köklü təmizlik işləri aparılıb.

Türkiyə mətbuatı sonda aydınlaşdırıb ki, bu yaxta erməni milyarder Samvel Karapetyana aiddir. Erməni milyarderin bir neçə gün yaxtası ilə Bodrum sahillərində gəzəcəyi də yayılan məlumatlar sırasındadır.

 

Bodruma demirledi İçi saray gibi

Bodruma demirledi İçi saray gibi

Bodruma demirledi İçi saray gibi

Bodruma demirledi İçi saray gibi

Bodruma demirledi İçi saray gibi

Bodruma demirledi İçi saray gibi

Bodruma demirledi İçi saray gibi

Bodruma demirledi İçi saray gibi

Bodruma demirledi İçi saray gibi

Bodruma demirledi İçi saray gibi

Bodruma demirledi İçi saray gibi

Bodrumdan 9 tanker yakıt aldılar İçleri saray gibi

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın