Ana səhifə / Gündəm / Eldar Mahmudovun köməkçisi olmuş əmisi oğlu həbs edildi

Eldar Mahmudovun köməkçisi olmuş əmisi oğlu həbs edildi

Ləğv edilmiş MTN-in əməkdaşları barəsində başlanılmış cinayət işi üzrə aparılan operativ-istintaq tədbirləri nəticəsində MTN-in keçmiş başçısı Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov həbs edilib. Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı etibarlı mənbələrdən məlumat verilib.
Vüqar Mahmudova qarşı konkret hansı maddələr üzrə ittihamən irəli sürüldüyü barədə daha sonra məlumat veriləcək.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, fəaliyyəti dayandırılmış MTN-in vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun köməkçisi olmuş Vüqar Mahmudov həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …