Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Eldar Mahmudovun göstərişi ilə İlanlı kəndinin qəbrstanlığında vandallıq edənlərin aqibəti necə oldu?

Eldar Mahmudovun göstərişi ilə İlanlı kəndinin qəbrstanlığında vandallıq edənlərin aqibəti necə oldu?

Düz iki il əvvəl Qobustan rayon İlanlı kənd sakini İrşad Hüseynov Azinforum.az-a sensasion məktub ünvanladı. O, şikayətində özünü MTN-in əməkdaşları kimi təqdim edən şəxslərin əməllərindən zərər çəkdiyini bildirirdi. Məktubda kifayət qədər ciddi məqamlara toxunulduğu üçün, hesab etdik ki, mövzu  lazımı qurumların diqqətini cəlb edəcək və bu istiqamətdə müvafiq araşdırmalar aparılacaq.  Bu səbəbdən də Azinforum.az şikayət məktubunu olduğu kimi təqdim etdi. Həmin məktubun tam mətni ilə işarələdiyimiz bu linkə tıklamaqla tanış ola bilərsiniz. Ancaq maraqlıdır ki, üstündən iki il keçəndən sonra məlum yazı  bəzi saytlar tərəfindən bizə istinadən yenidən dərc edilməyə başladı.  Həmin saytlarda yazının iki il əvvəl dərc edildiyilə bağlı xüsusi qeyd qoyulmadığı üçün, məqalədə əksini tapan olunan tükürpədici faktlarla bağlı  ünvanımıza çoxlu suallar  gəlir. Azinforum.az olaraq bildiririk ki, həmin şikayətlə bağlı hansı tədbirlərin görüldüyü barədə xəbərsizik. 

Rövşən ƏLİ

Azinforum.az

 

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …