Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Gündəm / Eldar Mahmudovun daha bir xarici ölkədə biznesi üzə çıxdı –Özü də iranlılarla şərik

Eldar Mahmudovun daha bir xarici ölkədə biznesi üzə çıxdı –Özü də iranlılarla şərik

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovla bağlı yeni sensasion xəbər yayılıb.
Moderator.az xəbər verir ki, “Azadlıq” qəzetinin rəsmi saytı Eldar Mahmudovun  daha bir xarici ölkədə – Polşada biznesinin mövcudluğu, üstəlik, şəriklərinin də başqa bir xarici ölkədən – İrandan olduqları haqda məlumat yayıb.
Bir ölkənin təhlükəsizlik nazirinin başqa bir xarici ölkənin vətəndaşları ilə “biznes ortaqlığı”nın dövlətin təhlükəsizlik maraqlarının təmininə nə kimi “töhfələr” gətirdiyi məsələsinə toxunmadan, azadliq.info-nun yayadığı həmin məlumatı Strateq.az oxucularının diqqətinə çatdırırq:
“Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun təkcə ölkə daxilində deyil, xaricdə də biznesinin olduğu barədə hələ bir müddət əvvəl məlumat yaymışdıq. Həmin məlumatda bildirilirdi ki, Eldar Mahmudovun xaricdə Güney Azərbaycandan olan iş adamları ilə şərikli iri biznesi var. Eldar Mahmudovun himayə etdiyi güneylilərin böyük bir şəbəkəsi var və onların hansının İran dövləti ilə əlaqələrinin olub-olmadığı da bilinmir. Bu adamlardan bəzilərinin İran vətəndaşlığı var, bəziləri isə mühacirlərdir.
Keçmiş nazirin yaxın dostlarından biri də əslən Güneydən, Zəncan şəhərindən olan, hazırda isə Kanadanın Vankuver şəhərində yaşayan “Meyn Dvelopment Ltd.” şirkətinin təmsilçisi Kazım Əsgəridir. Kazım Əsgəri Eldar Mahmudovun tikinti işlərinə nəzarət edib. Ola bilər ki, indi də həmin işlər onun nəzarəti altında olaraq qalır, amma patron dəyişib.
Kazım Əsgəri Eldar Mahmudovla təkcə iş ortağı olmayıb, həm də bu münasibətlər şəxsi dostluğa çevrilib və bu dostluğun hansısa təmənnalar üzərində qurulmadığını iddia edə bilmərik. Bu dostluğun dəlillərindən də biri budur ki, onların hətta Badamdardakı villaları da qonşudur.
Dünən əldə etdiyimiz məlumata görə, Eldar Mahmudoun Polşada da iri biznesi var. İddialara görə, keçmiş nazir bu ölkəyə iri yatırım qoyub. 2009-cu ildə Polşa prezidenti Lex Kaçinskinin sərəncamı ilə Eldar Mahmudovun “Böyük zabit” ordeni ilə təltif edilməsinin kökündə də bu amil dayanır. Məlumatda bildirilir ki, Eldar Mahmudovun Polşadakı biznesinə əsasən otellər, istirahət mərkəzləri daxildir”.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın