Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Gündəm / ELDAR MAHMUDOV İSTİNTAQDAN ÇIXARKƏN – FOTOLAR

ELDAR MAHMUDOV İSTİNTAQDAN ÇIXARKƏN – FOTOLAR

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılması ilə bağlı məlumatlar yayılmışdı.

Musavat.com saytı sabiq MTN rəhbərinin Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən çıxarkən çəkilmiş fotolarını əldə edib.

Həmin eksklüziv fotoları oxucuların diqqətinə çatdırırıq:

***

eldar-main

Dünən köməkçisi və əmisi oğlu Vüqar Mahmudov həbs edilən sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov hazırda Pespublika Prokurorluğundadır!

“AzPolitika”nın məlumatına görə, bu barədə “Haqqın.az” saytı prokurorluğun mətbuat xidmətinə istinadla məlumat verib.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, fəaliyyəti dayandırılmış Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudov həmin nazirliyin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Belə ki, V.Mahmudova özgə əmlakının mütəşəkkil dəstə tərkibində külli miqdarda mənimsəmə, ayrı-ayrı vətəndaşların əmlakını hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini kobud surətdə pozma, vəzifə saxtakarlığı, eləcə də şəxsi maraqlarına görə qulluq mövqeyindən sui-istifadə faktları üzrə ittihamlar elan edilməklə barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

E.Sultanov açıqlamasında həmçinin qeyd edib ki, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov da qeyd edilən cinayət işi üzrə dindirilməsi üçün Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb.

E.Mahmudov, vəzifədən çıxarıldıqdan sonra ilk dəfədir ifadə vermək üçün istintaqa çağırılır. Hər halda 2 ildən artıq müddət ərzində onun istintaqa ifadə verdiyi haqda heç bir məlumat olmayıb. Artıq məhkəmələri yekunlaşan keçmiş MTN zabitlərinin cinayət işlərində də onun ifadələrinə rast gəlinməyib.

2 ildən sonra E.Mahmudovun demək olar bütün cinayət işlərində adı keçən əmisi oğlu və köməkçisinin həbsindən sonra özünün istintaqa çağırılması düşündürücü hadisədir və sabiq nazirlə bağlı yeni siyasi qərarın mövcudluğundan xəbər verir. Sabiq nazirin həbs olunacağı ehtimalı çox real görünür.  

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …