Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / DTX-nin əməliyyatında nazir müavini də saxlanıldı

DTX-nin əməliyyatında nazir müavini də saxlanıldı

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib. 

“Azinforum.az”-in əldə etdiyi məlumata görə, əməliyyat nəticəsində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də saxlanılıb. 

Xatırladaq ki, 1979-cu il təvəllüdlü E.Əliyev 2021-ci ildə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdi. O, eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri vəzifəsini icra edib.

Yeri gəlmişkən, DTX 2020-ci ilin mayında da Mədəniyyət Nazirliyində əməliyyat keçirmiş, həmin vaxt da nazir müavinlərindən biri Rafiq Bayramov saxlanılmışdı.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …