Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / DİQQƏT! Qaz sızmaları belə aşkar olunur – Həyatınızı təhlükəyə atmayın – VİDEO

DİQQƏT! Qaz sızmaları belə aşkar olunur – Həyatınızı təhlükəyə atmayın – VİDEO

ARB TV-nin “Günə doğru” verilişində qaz sızması halları ilə bağlı reportaj yayımlanıb.

Qaz sızması və təhlükə riskləri daima gündəmin əsas mövzularından olub. Qış-yay demədən. Bunun da əsas səbəbləri insanların kifayət qədər məlumatlı olmamalırıdır. Elə sorğumuzdn da bəlli oldu ki əhalinin çoxu qaz təhülkəsizliyi qaydalarını tam olaraq bilmir və ya bildikləri halda riayət etmirlər. Xüsusilə də sızmaları yoxlayarkən.

Əliyev Adil (Lənkəran Regional Qİİ-nin təhlükəsizlik texnikası üzrə mühəndisi): “Qaz sızmalarını kibritlə, alışqanla yoxlamaq təhlükəlidir. Belə hallarda yanğın və partlayış baş verə bilər. Ancaq sabun köpüyü və qazanazitor vasitəsilə yoxlanılır”.

Qaz idarələrindən bildirilir ki, əhali bu istiqamətdə mütəmadi təlimatlandırılıb, onlara təbii qazdan təhlükəsiz istifadə qaydaları ilə bağlı bukletlər paylansa da, yenə də neqativ hallara rast gəlinir.

Əliyev Adil (Lənkəran Regional Qİİ-nin təhlükəsizlik texnikası üzrə mühəndisi) : “Abunəçilərə xəbərdarlıq olunur ki, özləri qaz xətlərinin yerini dəyişməsinlər. Hər hansı yeni qaz xətti çəkmək istəyəndə idarəyə xəbər etsinlər. Rezin borularda sızma çox olur”.

Digər təhükə riskləri isə Yeraltı və yerüstü qaz kəmərlərində baş verən sızmalardır. Hazırda bunları aşkarlamaq işi Təmiz qaz MMC tərəfindən həyata keçirilir. bölgələrdən ilk dəfə Cənub regionunda fəaliyyətə başlayan və 7 rayonu əhatə edən qurum ödənişli əsaslarla sifariş əsasında xidmət göstərir. Sifarişçinin tələbinə uyğun qaz kəmərlərinə, texniki baxış keçirirlir.

Zəfər Nəsirov (“Təmiz qaz” Lənkəran Regional Mərkəz rəhbəri): “Qaz sızmalarını aşkar etmək üçün, dəqiq yerini bilmək üçün xüsusi cihazlarımız var. Onların vasitəsilə yerin altında olan qaz kəmərindəki problemi aşkar edirik”.
Rütubətli, münbit torpaqlardan keçən yeraltı qaz kəmərləri daha tez korroziyaya uğradığından sızma ehtimalları artır. Buna görə də mütəxəssislər həmin ərazilərdə ildə hətta 10-12 dəfəyədək texniki baxış keçirilməsini məsləhət görür. Digər bir çətinlik və təhlükə isə sızmanın baş verdiyi nöqtə ilə məhdudlaşmaması, qazın hətta 500 -600 metr dək olan əraziyədək yayılması, və hər hansı boşluqda yığılıb qalmasdir.
Zəfər Nəsirov (“Təmiz qaz” Lənkəran Regional Mərkəz rəhbəri) : “Bunun üçün qaz kəmərinin trasına bağlı qalmırıq. Sızmanın ən birinci səbəbi odur ki, tapdığı boşluqlara doluşur. Boşluqlar da əsasən quyular, zirzəmilər olur”.

Qaz sızmalarının aşkarlanmasında yaranan bir çətinlik isə şəhər ərazisində texnoloji quyuların, luklərin asfaltla örtülməsidir. Həmin quyuların növündən asılı olaraq qapaqlarında havalandırma yeri olmalıdır. Bir vacib məsələni də yadda saxlamaqda fayda var. İstər mənzilinizdə, istər ayrı məkanlarda qaz sızmaları hiss etdikdə 104 qaz qəza xidmətinə dərhal məlumat verilməlidir. Bu həyati təhlükədən qorunmaqla yanaşı , həm qaz itkisininin və artıq xərcin, həm də atmosferin çirklənməsinin qarşısını almaq deməkdir.DİQQƏT! Qaz sızmaları belə aşkar olunur – Həyatınızı təhlükəyə atmayın – VİDEO – FOTO

ARB TV-nin “Günə doğru” verilişində qaz sızması halları ilə bağlı reportaj yayımlanıb.

Qaz sızması və təhlükə riskləri daima gündəmin əsas mövzularından olub. Qış-yay demədən. Bunun da əsas səbəbləri insanların kifayət qədər məlumatlı olmamalırıdır. Elə sorğumuzdn da bəlli oldu ki əhalinin çoxu qaz təhülkəsizliyi qaydalarını tam olaraq bilmir və ya bildikləri halda riayət etmirlər. Xüsusilə də sızmaları yoxlayarkən.

Əliyev Adil (Lənkəran Regional Qİİ-nin təhlükəsizlik texnikası üzrə mühəndisi): “Qaz sızmalarını kibritlə, alışqanla yoxlamaq təhlükəlidir. Belə hallarda yanğın və partlayış baş verə bilər. Ancaq sabun köpüyü və qazanazitor vasitəsilə yoxlanılır”.

Qaz idarələrindən bildirilir ki, əhali bu istiqamətdə mütəmadi təlimatlandırılıb, onlara təbii qazdan təhlükəsiz istifadə qaydaları ilə bağlı bukletlər paylansa da, yenə də neqativ hallara rast gəlinir.

Əliyev Adil (Lənkəran Regional Qİİ-nin təhlükəsizlik texnikası üzrə mühəndisi) : “Abunəçilərə xəbərdarlıq olunur ki, özləri qaz xətlərinin yerini dəyişməsinlər. Hər hansı yeni qaz xətti çəkmək istəyəndə idarəyə xəbər etsinlər. Rezin borularda sızma çox olur”.

Digər təhükə riskləri isə Yeraltı və yerüstü qaz kəmərlərində baş verən sızmalardır. Hazırda bunları aşkarlamaq işi Təmiz qaz MMC tərəfindən həyata keçirilir. bölgələrdən ilk dəfə Cənub regionunda fəaliyyətə başlayan və 7 rayonu əhatə edən qurum ödənişli əsaslarla sifariş əsasında xidmət göstərir. Sifarişçinin tələbinə uyğun qaz kəmərlərinə, texniki baxış keçirirlir.

Zəfər Nəsirov (“Təmiz qaz” Lənkəran Regional Mərkəz rəhbəri): “Qaz sızmalarını aşkar etmək üçün, dəqiq yerini bilmək üçün xüsusi cihazlarımız var. Onların vasitəsilə yerin altında olan qaz kəmərindəki problemi aşkar edirik”.
Rütubətli, münbit torpaqlardan keçən yeraltı qaz kəmərləri daha tez korroziyaya uğradığından sızma ehtimalları artır. Buna görə də mütəxəssislər həmin ərazilərdə ildə hətta 10-12 dəfəyədək texniki baxış keçirilməsini məsləhət görür. Digər bir çətinlik və təhlükə isə sızmanın baş verdiyi nöqtə ilə məhdudlaşmaması, qazın hətta 500 -600 metr dək olan əraziyədək yayılması, və hər hansı boşluqda yığılıb qalmasdir.
Zəfər Nəsirov (“Təmiz qaz” Lənkəran Regional Mərkəz rəhbəri) : “Bunun üçün qaz kəmərinin trasına bağlı qalmırıq. Sızmanın ən birinci səbəbi odur ki, tapdığı boşluqlara doluşur. Boşluqlar da əsasən quyular, zirzəmilər olur”.

Qaz sızmalarının aşkarlanmasında yaranan bir çətinlik isə şəhər ərazisində texnoloji quyuların, luklərin asfaltla örtülməsidir. Həmin quyuların növündən asılı olaraq qapaqlarında havalandırma yeri olmalıdır. Bir vacib məsələni də yadda saxlamaqda fayda var. İstər mənzilinizdə, istər ayrı məkanlarda qaz sızmaları hiss etdikdə 104 qaz qəza xidmətinə dərhal məlumat verilməlidir. Bu həyati təhlükədən qorunmaqla yanaşı , həm qaz itkisininin və artıq xərcin, həm də atmosferin çirklənməsinin qarşısını almaq deməkdir.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın